SON XƏBƏRLƏR

İranda yaraqlı kürdlərin silahlı hücumunda 4 “Sepah”çı öldürülüb

2021.10.20, 07:36
İranda yaraqlı kürdlərin silahlı hücumunda 4 “Sepah”çı öldürülüb

Gunaz.tv

GünAzTV: İranda müxalif yaraqlı kürdlərin silahlı hücumunda 4 “Sepah”çı öldürülüb, 3-ü ağır yaralanıb.

 

Hadisə, avqustun 16-sı axşam saatlarında İranın Kürdüstan əyalətinin Banə şəhəri ətrafında,  Əbülhəsən kəndinin yaxınlığındakı Bərdəbuk yolunda baş verib. Bildirilir ki, bir qrup yaraqlı kürd, bölgədə reyd keçirən “Sepah”ın sərhədyanı qüvvələrinə məxsus bir nəqliyyat maşınına hücum edib. Baş vermiş qarşıdurma nəticəsində 4 “Sepah”çı yerindəcə öldürülüb, ən azı 3-ü yaralanaraq xəstəxanaya köçürülüb.

 

Hadisədən az sonra İranın Kürdüstan Demokrat Partiyasına bağlı “Zaqros qartalları” adlı bir qrup bəyanat yayaraq, “Sepah” qüvvələrinə hücumun məsuliyyətini öz üzərinə götürüb. Bəyanatda yaraqlı kürdlərin mümkün tələfatı barədə hər hansı bir məlumat yayılmayıb.

 

Banə fərmandarı Məhəmməd Fəllahi

 

Baş vermiş olayla bağlı Banə şəhərinin fərmandarı Məhəmməd Fəllahi jurnalistlərə açıqlamasında hücumda yalnız 4 “Sepah”çının yaralandığını və onların səhhətinin hazırda qənaətbəxş olduğunu bəyan edib. O,  hadisənin təfərrüatını açıqlamaqdan imtina edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar