SON XƏBƏRLƏR

İranda yerli müxalif bəluclar 14 hərbçini qaçırıblar

2021.10.20, 07:36
İranda yerli müxalif bəluclar 14 hərbçini qaçırıblar

Gunaz.tv

GünAzTV: İranın Pakistanla həmsərhəd olan Sistan-Bəlucistan əyalətində müxalif yaraqlı bəluclar sərhəd qüvvələrindən olan 14 hərbçini qaçırıb.

 

Hadisə, oktyabrın 16-sı sübh saat 04:00 radələrində Mircavə şəhərinin 50 kilometrliyində yerləşən Lüləkdan sərhəd məntəqəsində baş verib. Yaraqlı bəluclar hərbçilərin qərargahını ələ keçirdikdən sonra 14 hərbçini tərksilah edərək Pakistan ərazisinə aparıblar.

 

Yerli müxalif bəluclar tərəfindən ələ keçirilənlərdən 7-si “Bəsic” təşkilatının üzvü, 5-i sərhədçi, 2-si isə “Sepah”ın ETTELAAT bölməsinin əməkdaşlarıdır.

 

Hadisədən az sonra İranın sünni məzhəbli bəluclarının milli və dini hüquqları uğrunda mübarizə apardığını bildirən “Ceyş- ül- Ədl” (Ədalət ordusu) təşkilatı bəyanat yayaraq hadisənin məsuliyyətini öz üzərinə götürüb.

 

“Sepah”ın “Qüds” qanadının Sistan-Bəlucistan əyalətindəki quru qüvvələrinin qərargahı olayla bağlı bəyanat yayaraq, hərbçiləri oğurlayanları “terrorçu” və “Əksinqilabçı” adlandırıb. Bəyanatda bildirilir ki, hərbçilərin qaçırılması, bəzi yerli şəxslərin xəyanəti və qərargaha nüfuzu ilə mümkün olub.

 

İran baş vermis olayla bağlı Pakistan hökumətinə müraciət edərək, qaçırılan hərbçilərin azadlığa buraxılması üçün öz nüfuzundan istifadə etməsini xahiş edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar