SON XƏBƏRLƏR

İrandan Azərbaycana gələnlərin sayı artır

2021.10.20, 07:36
İrandan Azərbaycana gələnlərin sayı artır

Gunaz.tv
İrandan Azərbaycana gələnlərin sayı artır Azərbaycana son bir neçə ildə İrandan gələnlərin sayı artmaqdadır. Müşahidəçilər hesab edir ki, son dövrlər İrandan olan azərbaycanlılar Azərbaycan Respublikasında daşınmaz mülkiyyət alır və bizneslə məşğul olur. Azərbaycanın ali təhsil müəssisələrində İrandan olan tələbələrin də sayı artır. Azərbaycan xarici işlər nazirliyi bununla bağlı statistik araşdırma aparmadığını bildirir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim İrandan gələnlərin qanunu əsaslarla ölkəyə daxil olduğunu deyir. “Miqrantlara Hüquqi Yardım” mərkəzinin rəhbəri Əlövsət Əliyev İrandan son dövrlər çoxsaylı insanın Azərbaycanda yaşamağa gəlməsini ölkənin iqtisadi inkişafı, insan haqlarının qorunması sahəsində üstünlüklərlə bağlı olduğunu deyir. Bakının Nizami metrosu rayonunda son dövrlər fars dilində yazılmış elanlar da diqqəti cəlb edir. Hətta İrandan olan insanlar bu məhəlləni “Balaca Təbriz” adlandırır. Cənab Əliyev bunu həmin rayonda Cənubi Azərbaycandan olan çoxsaylı insanın bizneslə məşğul olması ilə izah edir. Əli Süleyman İrandan gəlib Azərbaycanda yaşayanlardandır. O İrandan olan çoxsaylı insanın son dövrlər yaşamaq üçün Azərbaycanı seçməsini belə izah edir. Cənab Süleyman gələnlər arasında İran hakimiyyətinin adamlarının olduğunu da güman edir. Onun fikrincə, bu adamlar müxtəlif siyasi məqsədlərlə biznes işləri qurur. İrandan olan Cavidan Elbars İranda siyasi-milli təzyiqlərə məruz qalan insanların Azərbaycana deyil, Avropa ölkələrinə daha çox üz tutduğunu bildirir. O eyni zamanda son zamanlar İran hakimiyyətinə yaxın adamların Bakıda mənzillər aldığını deyir. “Dünya Azərbaycanlıları” Konqresinin həmsədri Sabir Rüstəmxanlı da Bakıda son dövrlər fars dilində qanunsuz elan və reklamların küçələrdə yerləşdirilməsindən narahatdır. Onun sözlərinə görə, qanunvericiliyə uyğun olaraq bütün reklamlar Azərbaycan dilində olmalıdır.voa baybak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar