SON XƏBƏRLƏR

İranın 50-dən çox şəhərində bazarlar, mağaza və ticarət obyektlərinin sahibləri kütləvi tətilə başlayəblar – VİDEOLAR

2021.10.20, 07:36
İranın 50-dən çox şəhərində bazarlar, mağaza və ticarət obyektlərinin sahibləri kütləvi tətilə başlayəblar – VİDEOLAR

Gunaz.tv

GünAzTV: Oktyabrın 8-də İranın 50-dən çox şəhərində ölkənin ağır iqtisadi durumuna, ölkədə qeyri-sabit iqtisadi vəziyyətə və ticarət mərkəzlərində hökm sürüən iqtisadi durğunluğa etiraz olaraq mağaza və ticarət obyektlərinin sahibləri kütləvi tətilə başlayıblar.

 

Kütləvi tətillər, bir neçə gün əvvəl sosial şəbəkələrdə əhalini geniş tətillərə başlamağa təşviq edən çağırışların yayılmasından sonra reallaşıb.

 

Bildirilir ki, Tehran, İsfahan, Şiraz, Məşhəd, Təbriz, Urmiya, Marağa, Qəzvin, Zəncan, Kirmanşah, Sonqur, Qəsr Şirin, Qoşaçay, Bukan, Saqqız, Banə, Mərivan, Qorqan, Sərdəşt, Bəndər Abbas, Çabahar, Zahidan, Xaş, Borazcan, Kazerun və digər şəhərlərdə bazarlar fəaliyyətini dayandırarıb, yüz minlərlə mağaza və ticarət obyektlərinin sahibləri tətilə qoşulublar.

 

Məlumata əsasən, ölkənin 50-dən çox şəhərində mağaza və ticarət obyektlərinin fəaliyyəti dayandıraraq ölkə üzrə geniş tətillərə başlaması və bunun yaxın günlərdə daha geniş vüsət alması ehtimalı, hakimiyyəti, o cümlədən Həsən Ruhani hökumətini şoka salıb.

 

Hökumət rəsmiləri ölkənin müxtəlif şəhərlərində başlanan kütləvi tətillərə hələlik hər hansı bir reaksiya verməyiblər.

 

 

 

VİDEOLAR:

 

 

 

 

 

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar