SON XƏBƏRLƏR

İranın Asiya ölkələrinə neft ixracatı son 5 ildə ən aşağı səviyyəyə düşüb

2021.10.20, 07:36
İranın Asiya ölkələrinə neft ixracatı son 5 ildə ən aşağı səviyyəyə düşüb

Gunaz.tv

GünAz TV: İranın yaydığı rəsmi məlumatlara əsasən, noyabr ayının əvvəllərində rəsmi Vaşinqtonun Tehrana qarşı sanksiyaları yenidən başlatmasından sonra İranın Asiya bazarına ixrac etdiyi xam neftin həcmində kəskin azalma baş verib.

 

“Reuters”in məlumatına görə, Çin, Hindistan, Yaponiya və Cənubi Koreya noyabr ayı ərzində İrandan gündəlik 664.700 barel neft idxal ediblər. Bu isə ötən ilin analoji vaxtı ilə müqayisədə 12.7% azalma təşkil edib.

 

Cənubi Koreya və Yaponiya noyabr da daxil olmaqla ardıcıl olaraq 3-cü ay İrandan neft idxalını 0 səviyyəsində saxlayıb. Hindistanın İrandan neft idxalı isə oktyabr ayı ilə müqayisədə noyabrda 40% azalıb.

 

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları İranın neft və qaz sektoruna qarşı noyabr ayında sanksiyalar qəbul edib. Daha sonra bir neçə ölkə öz daxili təlabatlarını ödəmək üçün 180 gün müddətində İrandan neft almaqla bağlı istisna ölkələr siyahısına salınıb. Bu səbəbdən bu müddət ərzində İranın neft ixracatında müəyyən qədər artım olacağı gözlənilir. Lakin ekspertlərin sözlərinə görə, 180 günlük müddət bitəndən sonra İranın neft ixracatında kəskin azalma müşahidə olunacaq.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar