GünazTV: İranda adam oğurluğunda və cinsi təcavüzdə günahlandırılaraq ölümə məhkum edilmiş daha 3 nəfər edam edilib. Bu barədə Hormoqan prokurorluğu iyunun 19-da məlumat yayıb.
İranlı mənbələrin yaydığı xəbərə əsasən, Bəndər Abbas şəhərində bir qadını oğurlayaraq zorlamaqda günahlandırılan 3 məhkum, iyunun 19-u sübh saatlarında Bəndər Abbas zindanında dara çəkilib. Edam edilənlərin adları mediaya açıqlanmayıb.
Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur. Həmçinin bildirilir ki, İran rejimi ölkədəki edamların sayını beynəlxalq təşkilatlardan gizlətmək üçün, bir çox hallarda bir sıra məhkumları gizli şəkildə edam edir və həmin edamlar mediada işıqlandır.
A.M