SON XƏBƏRLƏR

İranın əksər bölgələrində internet yenidən kəsilib

2021.10.20, 07:36
İranın əksər bölgələrində internet yenidən kəsilib

Gunaz.tv

GünAz TV: Bu gün səhər saatlarından etibarən paytaxt Tehran da daxil olmaqla, İranın əksər bölgələrində internet verilişində problemlər və kəsilmələr yaranıb.

 

Hələ ki, rəsmilər də daxili və xarici internet servislərində yaranan kəsilmə ilə bağlı açıqlama verməyiblər.

 

Xatırladaq ki, İranda noyabrın 15-də benzinin qiymətinin artırılmasına qarşı başladılan xalq etirazlarından sonra rejim öz qanlı cinayətlərini ört-basdır etmək üçün bütün ölkə ərazisində interneti kəsmişdi.

 

İran rejimi uzun illərdir daxili interneti beynəlxalq veb şəbəkəsindən ayırmağa çalışır. Müəyyən dövrlərdə bir neçə dəfə “milli informasiya şəbəkəsi” adlandırılan bu layihənin müxtəlif tərkib hissələrinin təqdimatı keçirilib.

 

Tənqidçilər bildirirlər ki, rejim siyasi məqsədlər daşıyan bu layihə ilə beynəlxalq veb şəbəkədən ayrılıb, ölkə ərazisində kommunikasiya vasitələrini məhdudlaşdırmağa çalışır. Bəzi mütəxəssislərin sözlərinə görə isə, İran texniki baxımdan sözügedən layihəni yaxın illərdə tam həyata keçirmək iqtidarında deyil.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar