İranın gerçək sifəti

2008-05-22 21:08

İranın gerçək sifəti Kütləvi İnformasiya Vasitələrinin əksəriyyətinin srağagünkü saylarında belə bir informasiya verilmişdi- İranın mobil operatoru Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən "Karabakh Telecom"la rouminq sazişi imzalayıb.

Gunaz.tv Quote | Gunaz article

İranın gerçək sifəti Kütləvi İnformasiya Vasitələrinin əksəriyyətinin srağagünkü saylarında belə bir informasiya verilmişdi- İranın mobil operatoru Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən "Karabakh Telecom"la rouminq sazişi imzalayıb. Həmin informasiyada daha sonra bildirilir ki, şirkətin rəsmi saytında (httr://www.tkckish.com/roaming1.htm) da Dağlıq Qarabağ Ermənistan ərazisi kimi təqdim edilib. Baş verən olaya İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məcid Feyzullahi mövqeyini bildirərək deyib ki, Kiş Telekommunikasiya Şirkəti özəl qurumdur: "Güman edirəm ki, şirkət bunu məqsədli deyil, məlumatsızlıqdan edib". Aysel Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov isə Kiş Telekommunikasiya Şirkətilə "Karabakh Telecom" arasında əməkdaşlıqla bağlı araşdırma aparacaqlarını bildirib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin katibi Xəzər İbrahim də deyib ki, bununla bağlı Azərbaycanın qeyd olunan ölkələrdə fəaliyyət göstərən diplomatik missiyalara müvafiq təlimatlar veriləcək. İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məcid Feyzullahidən başqa cavab da gözləmək lazım deyildi. Hər zaman belə olub. İran Azərbaycanın əleyhinə nələrisə həayata keçirir, bu ölkənin Azərbaycandakı səfiri və səfirliyin sözçüləri isə "sudan quru çıxmaq" bacarıqlarını sanki nümayiş etdirirlər. Kiş Telekommunikasiya Şirkəti özəl qurum olsa belə, həmin şirkət birinci olaraq ölkəsinin maraqlarından çıxış edir. Ölkəsinin isə ən ümdə maraqları bundan ibarətdir ki, hər zaman Azərbaycanın əleyhinə iş qursun, dövlətimizin ərazi bütövlüyünü şübhə altına alan əməlləri həyata keçirsin. Bir sözlə, əsirlərin, illərin kinini-küdurətini büruzə verib, arxadan Azərbaycana zərbələr vursun. Ona görə də, mən şəxsən İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məcid Feyzullahinin qeyri-səmimi cavabını qəbul etməyərək belə qənaətdəyəm ki, Kiş Telekommunikasiya Şirkəti bunu məqsədli şəkildə və bilərəkdən həyata keçirib. İranın Azərbaycana olan gizli düşmənçiliyi təkcə bu faktla kifayətlənmir. İslami dəyərlərə söykəndiyini bəyanlayan bir dövlət başqa bir müsəlman dövlətinə-Azərbaycana qarşı hər zaman nəinki haqsızlığa yol verir, hətta bu haqsızlığı bilərəkdən edir. Azərbaycan artıq 20 ilə yaxındır ki, Ermənistanın təcavüzkar siyasətilə üz-üzədir. Elə bu siyasətin nəticəsidir ki, düşmən ölkənin silahlı qüvvələri 20 faiz ərzimizi işğal altında saxlayır. Bir milyondan artıq qaçqın və məcburi köçkünümüz neçə illərdir yurd həsrətilə yaşayırlar. Azərbaycan on minlərlə şəhid verib, qız-gəlinləri erməni cəladlarının əlində hələ də əsirdirlər. Bunun müqabilində özünü müsəlman dövləti adlandıran İran hansı addımları atıb? Azərbaycana mənəvi yardım edə bilibmi? Xeyir, əksinə, İran İslam Respublikası Ermənistanla çox gözəl münasibətlər qurub. Həm iqtisadi, həm də siyasi sahədə hər iki ölkənin əlaqələri yüksək səviyyədə inkişaf edir. Məhz İran dövlətinin qayğısının nəticəsidir ki, Ermənistanı iqtisadi cəhətdən iflasa uğramağa qoymayıb. Bu ənənə indi də davam edir. Bir sözlə, əgər İran dövləti həqiqətən islami dəyərlərə üstünlük versəydi, ən əsası haqqın yanında olsaydı, mobil operatoru Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən "Karabakh Telecom"la rouminq sazişi imzalamazdı. Və hətta Dağlıq Qarabağı Ermənistan ərazisi kimi təqdim etməzdi. İran işğal altında saxladığı Cənubi Azərbaycanda da öz məkirli siyasətindən əl çəkmir. Bu il Xocalı soyqırımının ildönümünü qeyd edən soydaşlarımıza, eləcə də Azərbaycanın bu ölkədəki səfirinə qarşı olan münasibət heç bir ölçüyə sıxışmır. Soydaşlarımız səfirlə birlikdə məsciddə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, onların ruhuna dualar oxmaq istəsələr də, fars rejimi buna imkan verməyərək, səfiri məsciddən qovmuşdu. Soydaşlarımızı isə təqiblərə məruz qoymuş, bəzilərini də həbsə atmışdır. Ancaq ermənilərə qondarma soyqırımlarını qeyd etməyə nəinki razılıq vermişdilər, hətta polis qüvvələri ermənilərin tədbir keçirməsinə nəzarət edərək, onları Azərbaycan türklərindən "qorumuşdular". Budur, İran rejiminin əsil sifəti. Bu sifət Güney Azərbaycanda yaşayan soydaşlarımıza öz ana dillərində təhsil almaq huququ verilməməklə özünü çılpaqlığı ilə göstərir. Bu sifət Güney Azərbaycanın tarixi abidələrinin, yer adlarının saxtalaşdırılaq farslaşdırılması ilə özünü büruzə verir. Bu sifət 35 milyonluq xalqın insan haqlarını tapdalayanda, Nizami Gəncəvini, Şəhriyarı fars şairi kimi təqdim edəndə, ermənilərin işğal etdikləri Azərbaycan Respublikası ərazisindən tarixi abidələri, eyni zamanda mərmərdən olan qəbir daşlarını daşıyaraq İrana aparıb satanda və buna da fars rejimi şərait yaradanda özünü göstərir. Mən hələ fars rejiminin İranda erməni kilsəsini abad edib, azərbaycanlılara məxsuz məscidləri viran qoyub dağıtmaqlarından söz açmıram. Daha nələri sadalamaq lazımdır ki, İran rəsmiləri bundan nəticə çıxarıb səslərini içlərinə salıb xəcalət çəksinlər. Və daha deməsinlər ki, "Kiş Telekommunikasiya Şirkəti özəl qurumdur, şirkət bunu məqsədli deyil, məlumatsızlıqdan edib". İran rejimi dəfələrlə Azərbaycana qarşı haqsızlıq edəndə qarşı tərəf, yəni biz kəskin etiraz bildirmək əvəzinə, çox vaxt sadəcə susmuşuq. Bu isə İranın növbəti haqsızlıqlarına yol açıb. Ancaq gəlin görək, İran Azərbaycandan belə haqsızlıqlar görsəydi susardımı? Mən bu yerdə bir faktı qeyd etmək istəyirəm. İki il bundan öncə Bakıda Dünya Azərbaycanlılarının ikinci qurultayı keçirildi. Həmin qurultayda bəzi soydaşlarımız Güney azərbaycanlıların problemindən, Gülüstan və Türkmənçay müqaviləsindən, fars rejiminin güneylilərə qarşı represiya siyasəti yürütməsindən danışdılar. Bu isə rəsmi Tehranı yamanca təşvişə saldı. Əvvəlcə, İran İslam Respublikasının Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani bəyanat verərək diplomata yaraşmayan fikirlər səsləndirdi. Hətta Azərbaycanın indiki ərazisinin İrana məxsus olduğunu vurğuladı. Qurultayda səslənən Azərbaycanın bütövlük məsələsinə isə rişxəndlə yanaşan Əfşar Süleymani "bunu azərbaycanlılar yuxuda görə bilər" deyə münasibət bildirdi. Həmin vaxt isə Azərbaycanda əsil həqiqət səslənmişdi... xalqcəbhəsi qəzeti
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Həmədanlı dağçı xanımlar Savalan zirvəsinə qış dırmanışı ediblər

2021-02-25

gun az article

Şərqi Azərbaycanın Əhər şəhərində dəm qazından 3 qardaş həyatını itirib

2021-02-25

gun az article

Şərqi Azərbaycan əyalətində işsizlərin 46%-i Universitet məzunlarıdır

2021-02-25

gun az article

Qərbi Azərbaycanla İraq sərhəddində iki silahlı şəxs öldürülüb

2021-02-25

gun az article

Ərdəbilli məktəblilər sinif azlığı və internetin olmamasından əziyyət çəkirlər

2021-02-25

gun az article

Şərqi Azərbaycan əyalətində koronavirusun Britaniya variantının ikinci faktı qeydə alınıb

2021-02-25

gun az article

Milli-mədəni fəal girov qarşılığında sərbəst buraxılıb

2021-02-25

gun az article

Mollalar martın 1-də Qum şəhərində “Beynəlxalq Qarabağ konfransı” keçirəcəklər

2021-02-25

gun az article

GünazTV Feb.24.2021-Görüş: İran-Amerika münasibətləri, Rza Pəhləvinin kudetasının 100 illiyi

2021-02-25

gun az article

GünazTV Feb.24.2021: Paylaşım programı, 38-ci Bölüm.

2021-02-24

gun az article

Qərbi Azərbaycanda 2 nəfər mutasiyaya uğramış yeni növ "İngilis" koronovirusuna yoluxub

2021-02-24

gun az article

Qərbi Azərbaycan əyalətində 700 min nəfər gecəqondu və qeyri-standard şəhər ətrafı məhəllələrdə yaşayır

2021-02-24

gun az article

Zəngan əyalətinin Qeydar şəhərində Şəhər Şurasının üzvləri həbs olunub

2021-02-24

gun az article

İranda bəhayilərə qarşı təzyiqlər davam edir

2021-02-24

gun az article

Ərdəbildə “Azərbaycan türkcəsinin izahlı lüğəti”nin I cildinin təqdimatı olub

2021-02-24

gun az article

GünazTV Feb.23.2021-Özümüz: Şu'ubiyyə

2021-02-24

gun az article

GünazTV Feb.23.2021 -GÜNDƏM MASASI: Tək dilli toplum yaratma teorisinin başarısızlığı

2021-02-24

gun az article

Təbrizdə yaşayış binasında partlayış baş verib

2021-02-23

gun az article

Təbriz "Dünyanın Xalça Şəhəri" statusunu itirə bilər

2021-02-23

gun az article

Güneyli sənətçi: “Dünyanın çox yerində türkcə bildiyim üçün işimi aşırıram”+video

2021-02-23