SON XƏBƏRLƏR

İranın Həmədan şəhərində daha 1 nəfər ictimaiyyət qarşısında dara çəkilib

2021.10.20, 07:36
İranın Həmədan şəhərində daha 1 nəfər ictimaiyyət qarşısında dara çəkilib

Gunaz.tv

GünazTV: İranın Həmədan şəhərində quldurluqda, bir qızıl mağazasına silahlı basqında və ictimai asayişi pozmaqda günahlandırlaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, məhkum Mehdi Çirağifər, dörd il əvvəl daha üç nəfərin iştirakı ilə Həmədanda bir qızıl mağazasına silahlı basqın etməkdə, qızılları oğurlamaqda və hadisə yerində toplaşan əhalini qorxutmaq üçün havaya odlu silahdan atəş açmaqda günahlandırılmışdı. Törətdiyi cinayət əməllərinə görə barəsində ölüm hökmü çıxarılan  məhkum, mayın 23-də Həmədan şəhərinin bulvarında ictimaiyyət qarşısında dara çəkilib.

 

Bildirilir ki, həmin dəstənin digər üzvü, 27 yaşlı məhkum Bəhmən Vərməzyar, silahlı basqından 10 gün sonra vicdan əzabı çəkdiyinə görə, könüllü olaraq özünü polisə təslim etmiş, oğurladıqları qızılları isə sahibinə qaytarmışdı. Lakin bütüm bunlara baxmayaraq, ölümə məhkum edilən Bəhmən Vərməzyar, 2018-ci il, aprelin 18-də Həmədan zindanında dar ağacından asılıb.

 

2018-ci il, aprelin 18-də Həmədan zindanında edam edilən Bəhmən Vərməzyar

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar