SON XƏBƏRLƏR

İranın keçmiş prezidenti Məhəmməd Xatəminin doğma qardaşı koronavirusa yoluxub

2021.10.20, 07:36
İranın keçmiş prezidenti Məhəmməd Xatəminin doğma qardaşı koronavirusa yoluxub

Gunaz.tv

GünazTV: İranda islahat tərəfdarı olan Müşarikət Cəbhəsi Partiyasının keçmiş baş direktoru, İslami Şura Məclisinin sabiq deputatı Məhəmmədrza Xatəmi koronavirisa yoluxub.

 

Qeyd edək ki, Məhəmmədrza Xatəmi, İranın keçmiş prezidenti Məhəmməd Xatəminin doğma qardaşıdır.

 

Yayılan məlumata əsasən, “Covid-19” virusuna yoluxduğu üçün Tehran xəstəxanalarından birində müalicə alan Məhəmmədrza Xatəmi, martın 28-də sosial şəbəkələr vasitəsilə paylaşdığı bir mesajda, İran hökumətini koronavirusla mübarizədə səriştəsizlikdə günahlandırıb.

 

O bildirib ki, qoyulan qadağalara baxmayaraq, insanların evdən bayıra çıxmasının əsas məsuliyyəti hökumətin üzərinə düşür. Xatəmi deyib ki, hökumət vətəndaşları evdən çıxmalarına görə qınamaq əvəzinə, onları ölkədə yayılan virus təhlükəsi ilə bağlı maarifləndirməli, onların evdə qalmalarına imkan və şərait yaratmalı, ehtiyaclarını təmin etməlidir.

 

 

Məhəmmədrza Xatəminin koronavirusa konkret nə vaxt və necə yolxduğu barədə hər hansı bir məlumat yayılmayıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar