SON XƏBƏRLƏR

İranın Kirmanşah əyalətində 5 bal gücündə zəlzələ olub

2021.10.20, 07:36
İranın Kirmanşah əyalətində 5 bal gücündə zəlzələ olub

Gunaz.tv

GünAzTV: Yanvarın 20-si yerli vaxtla gecə saat 1:47 radələrində İranın Kirmanşah əyalətinin İraq sərhədinə yaxın Sumar məntəqəsində Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib.  

 

İran Seysmoloji mərkəzinin bildirdiyinə görə, zəlzələnin ocağı, Sumarın 17 kilometrliyində, yerin 10 km dərinliyində qeydə alınıb. Zəlzələnin hər hansı bir insan tələfatına və dağıntılara səbəb olub-olmadığı haqda məlumat yayılmayıb.

 

Xatırladaq ki, 2017-ci il, noyabrın 12-si axşam saat 21:48 radələrində İranın İraq sərhədinə yaxın Kirmanşah əyalətində 7,3 bal gücündə zəlzələ baş vermişdi. Güclü zəlzələ həm də İraqın bir hisssini silkələmişdi. Zəlzələ nəticəsində ən azı 530 nəfər həyatını itirmiş, 9388 insan müxtəlif dərəcəli bədən xəsarəti almışdı. Zəlzələ, Kirmanşah əyalətinin müxtəlif şəhər və kəndlərində çoxlu evin dağılmasına səbəb olmuşdu.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar