GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
Qənirə Paşayeva vəfat etdi
Qarabağ bölgəsində yaşayan erməni sakinlərin qeydiyyatı aparılacaq
Ərdəbildə məhbus fəalların fotoları yayılıb
Əfqan mühacirlərinin İrana köçü davam edir
Qarabağın erməni sakinləri üçün 30 iritutumlu avtobus Xankəndiyə yola salınıb
Erməni siyasi elmlər müəllimi gerçəklikləri etiraf edib
Sistan və Bəluçistana ordu yeridiıir
Prezident Zəngilanda yaşayış komplekslərinin və uşaq bağçasının təməlini qoyub
Zahidanın “Qanlı Cüməsi” ərəfəsində mitinq üçün yeni çağırışlar
Amerika İrana görə 5 şirkət və 2 şəxsə sanksiyalar tətbiq etdi
İlham Əliyev “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışında iştirak edib
Prezident Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışını edib
Türkiyə MN: Qarabağdakı antiterror tədbirlərindən sonra bölgədəki son vəziyyəti yaxından izləyirik
“İran Rusiyanın PUA ehtiyacını Suriya və Tatarıstan vasitəsi ilə təmin edir.”- Qardian
XİN: Azərbaycan heç bir zaman dinc erməni əhalisini hədəf almayıb
Prezident Zəngilanın Alıbəyli kəndinin təməlini qoyub
Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib
NASA Urmu gölünün son fotosunu yaydı
Ceyhun Bayramov: "Azərbaycan erməni sakinlərə heç bir təhdid törətmir"
İranda daha üç məhbus edam edildi
"SEPAH peyk fırlatmaqla BMT-nin qətnamələrini pozur."- Amerika
Prezident İlham Əliyev Cəbrayıla səfər edib
Ruben Vardanyan barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib
Paşinyan: "Yaxın günlərdə Qarabağda erməni qalmayacaq"
Rusiya İsveçə nota verib
Əsas Ermənistanın ərazi bütövlüyüdür - İranlı deputat
"Ruben Vardanyan təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub"
İrana bağlı terrorçular həbs edilib
Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib
Qondarma rejimin keçmiş “xarici işlər naziri” Azərbaycana təslim olmaq qərarı verib
Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursatın yeni sayı açıqlanıb
Otuz il əvvəl Füzulidə itkin düşən hərbçinin nəşi Salyana gətirilib
Qarabağa Ağdam-Əsgəran-Xankəndi yolu ilə daha 32 ton benzin göndərilib
30 il sonra Xocavənddə meyitinin qalıqları tapılan şəxsin nəşi ailəsinə təhvil verilib
İranda koronovirus qurbanlarının sayı artdı
Ukaryna Rusiyada yerləşən PUA istehsalı zavodunu vurmağa dəstək istəyib
Ərdoğan Anım Günü ilə bağlı paylaşım edib
Qərbi Azərbaycan valisi: "Urmu gölünün bərpası üçün Türkiyə ilə əməkdaşlığa hazırıq"
Amerika 3 Çin müəssisəsini Uyğurların İcbari Əməyindən İstifadə Edən Müəssisələr Siyahısına salıb
Ermənilərin Qarabağdakı daha bir “abidəsi” sökülür
Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
Ruben Vardanyan “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb
Qarabağın erməni sakinləri üçün növbəti dəfə yanacaq göndərilib
GünAz TV: 2018-ci ilin dekabr ayının əvvəllərində iranlı siyasi fəal Vəhid Səyyadi Nəsirinin təqribən 2 aylıq aclıq aksiyası nəticəsində ölməsi bir daha diqqətləri İran həbsxanalarında məhkumlara qarşı edilən zülmlərə yönəltdi. Məhkumlara işgəncə verərək öldürmək hələ 1979-cu ildə “islam inqilabı”nın qələbə çalması ilə İranda bu günki teokratik rejimin qurulmasının ilkin günlərindən başlanmışdı. İlkin dövrlərdə minlərlə insan müxtəlif səbəblərə görə işgəncələrə məruz qalaraq öldürülmüş, ya da edam edilmişdi. Bu işdə o dövr “İslam İnqilabı Məhkəmələri”nin rəhbəri, daha çox inqilab cəlladı kimi məşhur olan Sadiq Xalxalinin böyük “xidmətlər”i olmuşdu. O, məhkəmələrə rəhbərlik etdiyi dövrdə kişi və qadın məhkumları danışmağa vadar etmək üçün hətta onlara cinsi təcavüz etməyə də icazə vermişdi. Edamlar zamanı isə ifadə alınan zaman rejim əsgərləri tərəfindən zorlandıqdan sonra hamilə qalan qadınlara da rəhm edilmir, onlar bətnlərindəki uşaqlarla birlikdə edam edilirdilər.
Daha sonrakı dövrlərdə də İran rejimi tərəfindən bu cinayət aktları davam edib. Müxtəlif illərdə qondarma ittihamlarla tutulan bir çox insan məhkəmə qarşısına çıxarılmamışdan öncə həbsxanada məruz qaldıqları ağır işgəncələr nəticəsində öz həyatlarını itiriblər. Onlardan bir neçəsini təqdim edirik.
Vəhid Səyyadi Nəsiri: Vəhid sosial şəbəkələrdə mövcud rejimə qarşı siyasi fəaliyyət apardığına görə dəfələrlə “siyasi sistem əleyhinə təbliğat”, “müqəddəsləri təhqir etmək” və “dini lideri təhqir etmə” kimi qondarma ittihamlarla həbs edilmişdi.
O, sonuncu dəfə 2018-ci ilin iyul ayının sonları ETTELAT-ın Qum şöbəsi tərəfindən saxlanılmış “siyasi sistem əleyhinə təbliğat aparma” və “ali dini lideri təhqir etmə” kimi qondarma ittihamlarla həbs edilmişdi. Oktyabr ayının 16-da isə Vəhid Səyyadiyə həbsxanada ona “müqəddəsləri təhqir etdiyinə görə” yeni ciyanət işi açıldığı bildirilmişdi.
Bundan sonra o, Qum şəhər həbsxanasına köçürülüb, təhlükəli cinayətkarlar və narkomanlarla bir yerdə saxlanılırdı. Vəhid bütün bu qanunsuzluqlara etiraz əlaməti olaraq 2018-ci ilin oktyabr ayının 13-dən aclıq aksiyasına başlamışdı. O, 2 ay sürən aclıq aksiyasından sonra dekabr ayında ölmüşdü.
Kavus Seyid İmami- sosiologiya elmləri doktoru və ətraf mühit fəalı.
O da digər ətraf mühit aktivistləri kimi “casusluq”da ittiham edilərək, 2018-ci ilin yanvarın 14-də həbs edilmişdi. Fevralın 8-də isə onun həbsxanada “intihar” etdiyi barədə ailəsinə məlumat verilir. Milli Məclis və digər nəzarət edici orqanların tələblərindən sonra “Sepah”ın Kəşfiyyat İdarəsi Kavus Seyid İmaminin saxlandığı kamerada quraşdırılmış kameralar vasitəsi ilə çəkilmiş “intihar” etdiyi iddia edilən anları göstərən videonu bu orqanlara təqdim etmişdi. Lakin “Sepah” bu kadrları zədələdiyindən, görüntülərdə nə baş verdiyi müşahidə edilmirdi. Bu isə onun “Sepah” tərəfindən həbsxanada öldürüldüyünü isbata yetirirdi.
Sina Qənbəri- İranda 2018-ci ilin əvvəllərində başlayan etirazlar zamanı həbs olunmuşdu. 23 yaşı olan bu gəncin Evin həbsxanasına aparıldıqdan sonra yanvarın 7-də onun ölüm xəbəri yayıldı. İran təhlükəsizlik qüvvələri və həbsxana rəhbərliyi Sinanın “intihar” etdiyini iddia etsələr də, İran Milli Məclisinin deputatı Əlirza Rəhimi bildirmişdi ki, “həbsxana rəhbərliyinin təqdim etdiyi Sina Qənbərinin intihar etdiyi anı göstərən video görüntülərdə intihar ilə bağlı heç bir görüntü yoxdur”.
Səttar Beheşti- bloqqerlik fəaliyyəti ilə məşğul olan, eyni zamanda fəhlə kimi çalışan Səttar Beheşti 2012-ci ilin oktyabrın 30-da İranın Kiber Cinayətkarlıqla Mübarizə Polisi tərəfindən “sosial şəbəkələrdə və facebookda milli təhlükəsizlik əleyhinə fəaliyyət” ittihamı ilə həbs edilmişdi. O, həmin ilin noyabrın ayının 3-də həbsxanada məruz qaldığı işgəncələr nəticəsində həyatını itirmişdi.
Hoda Sabir
Tədqiqatçı, jurnalist, elcə də milli və dini aktivist olan Hoda Sabir həm də nəşri dayandırılmış “İrane Farda” (Sabahın İranı-red.) jurnalının rəhbər şəxslərindən biri idi. O, Halə Səhabinin atası Abdullah Səhabinin dəfn mərasimi zamanı müəmmalı şəkildə ölməsinə etiraz əlaməti olaraq Evin həbsxanasında məhkumluq həyatı yaşadığı hada 12 iyun 2011-ci ildə aclıq aksiyasına start vermişdi. 21 gündən sonra vəziyyəti pisləşdiyindən, xəstəxanaya aparılarkən yolda ölmüşdü.
Bu şəxslər İran həbsxanalarında ölənlərdən yalnız kiçik bir qismdir. Bu sırada Ümidrza Mirsəyafi, İbrahim Lütfüllahi, Zəhra Bəni Yaqub, Əmir Hüseyn Hişmət Saran, Zəhra Kazımi, Kave Əzizpur və onlarla digər şəxsin adını çəkmək olar.
Bu qətllərin içərisində ən səs-küylüsü ikili- İran və Kanada vətəndaşlığı olan Zəhra Kazıminin ölümü idi. O, 11 iyul 2003-cü ildə Evin həbsxanası önündə siyasi məhbusların ailələrinin şəklin çəkən zaman ö dövr Tehran prokuroru işləyən Səid Murtuzəvinin göstərişi ilə həbs olunur. Bir neçə saatdan sonra Murtuzəvi və həbsxananın digər iki əməkdaşı tərəfindən ifadəsi alınarkən işgəncəyə məruz qalır. Həbs olunduğu günün səhəri həbsxanada ölür. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi onun ölümünün başına vurulan küt alət nəticəsində baş verdiyi barədə rəy verir.
Həmin dövrdə bu məsələ islahatçıların üstünlük təşkil etdiyi Milli Məclisdə İran məhkəmə sisteminin rəhbərliyinin də iştirak etdiyi plenar iclasda bir daha müzakirəyə çıxarıldı və Səid Murtuzəvi Zəhra Kazıminin ölümünə görə məsuliyyət daşıyan əsas şəxs kimi dəyərləndirildi.
Bu cinayət işi Kanada ilə İran arasında siyasi gərginlik yaratmaqla yanaşı, İranın öz vətəndaşlarına qarşı dövlət terroru törətdiyinə görə, beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə qınanması ilə də nəticələndi. Lakin Zəhra Kazıminin qətli üzrə keçirilmiş məhkəmə prosesi zamanı İran Kəşfiyyat Nazirliyinin (ETTELAT) 42 yaşlı əməkdaşı Məhəmmədrza Əhmədi günahkar hesab edilsə də, onun apelyasiya şikayətindən sonra “günahı sübuta yetirilmədiyindən”, məhkəmənin çıxardığı bu hökm etibarsız hesab edilmişdi. Əhmədi isə azadlığa buraxılmışdı. Bununla da Zəhra Kazıminin qətl hadisəsi üzrə qaldırılmış cinayət işi qatillərin həbs edilmədən bağlandı.
Ə.A
Qənirə Paşayeva vəfat etdi
Qarabağ bölgəsində yaşayan erməni sakinlərin qeydiyyatı aparılacaq
Erməni siyasi elmlər müəllimi gerçəklikləri etiraf edib
Sistan və Bəluçistana ordu yeridiıir
Prezident Zəngilanda yaşayış komplekslərinin və uşaq bağçasının təməlini qoyub
Prezident Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışını edib
"SEPAH peyk fırlatmaqla BMT-nin qətnamələrini pozur."- Amerika
Prezident İlham Əliyev Cəbrayıla səfər edib
"Ruben Vardanyan təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub"
Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
Qarabağın erməni sakinləri üçün növbəti dəfə yanacaq göndərilib
Şuşada Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
Mədəni fəalın həbs müddəti uzadılıb
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib
Şoyqu: "Ukrayna məhvə doğru gedir"
Maliyyə problemlərinə görə fəhlələrin uşaqları təhsili buraxmalı olur
Ərdoğan: "Azərbaycan Ordusu Xocalıya sülh və əmin-amanlıq gətirmək üçün daxil olub"
Qarabağın erməni sakinləri üçün növbəti dəfə yanacaq göndərilib
İçərisində tibbi heyət olan helikopter Ermənistandan Qarabağa gəlib
SEPAH: Müxalif mediaya qarşı hücum siyasətinə keçməliyik
İran Qafanda fəallığını artırıb
Zəncanda cümə imamı öldürüldü
Təbrizdə saxlanılan 7 nəfər mədəni fəal barədə hələ də məlumat yoxdur
Tələbə hərəkatı fəalıTəbriz həbsxanasına köçürülüb
Yevlaxda keçirilən görüşdə müzakirə olunan məsələlər açıqlanıb
Urmu gölünün son görüntüləri yayıldı
İranda təhsil ləvazimatının qiyməti yüzdə 50 fiaz artıb
Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş başa çatıb
Macarıstandan Avropa İttifaqına soyuq duş: Azərbaycana qarşı bəyanata veto
Güneyli siyasi məhbus naməlum yerə aparılıb
“Girov götürülmüşlər üçün İrana pul ödəmək düzgün deyil” - Bolton
İranla Rusiya arasında vizasız turizm səfəri başlayıb
İrəvanda etiraz aksiyaları davam edir
“Ana Dili - Azərbaycan Məktəbi” onlayn dərs layihəsinə start verildi
Birbaşa atəş açılması ilə azı 138 nəfərin göz xəsarəti aldığı müəyyən edilib
Erməni tankı Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib
Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi İrana səfər edəcək
Təbrizdə məhbus fəalların fotoları yayılıb