SON XƏBƏRLƏR

İranın Meşkinşəhr şəhərində saxta alkoqollu içkilərdən 3 nəfər ölüb, 57 nəfər zəhərlənib

2021.10.20, 07:36
İranın Meşkinşəhr şəhərində saxta alkoqollu içkilərdən 3 nəfər ölüb, 57 nəfər zəhərlənib

Gunaz.tv

GünazTV: İranın Ərdəbil əyalətinin Meşkinşəhr şəhərində kustar yolla (əldəqayırma yolla) hazırlanmış saxta alkoqollu içkilərdən 3 nəfər ölüb, ən azı 57 nəfər ağır zəhərlənib.

 

Bu barədə, Ərdəbil əyalətinin təcili tibbi yardım mərkəzinin rəisi Məcid Qəribani martın 2-də jurnalistlərə açıqlama verib.

 

O bildirib ki, hadisə martın 1-də baş verib və zəhərlənmədən ölənlərdən biri qadındır: “Zəhərlənənlərin sayı əvvəlcə 23 nəfər olsa da, sonradan onların sayı 57 nəfərə çatıb və onlardan biri artıq görmə qabiliyyətini itirib. Zəhərlənənlər Ərdəbilin “Bu Əli” və “İmam” xəstaxanalarına yerləşdirilib. Onlardan bəzilərinin səhhəti ağır olaraq qalır”.

 

Bildirilir ki, vətəndaşlara saxta alkoqollu içkilər satmaqda şübhəli bilinən 2 nəfər həbs edilib. Tutulanların adları mediaya açıqlanmayıb.

 

Həmçinin yayılan digər məlumata əsasən, bir həftə əvvəl Şərqi Azərbaycan əyalətinin Əhər şəhərinin Vərgəhan kəndində saxta alkoqollu içkilərdən zəhərlənənlərin sayı artaraq 102 nəfərə çatdığı, bir nəfərin isə öldüyü bildirilir. Zəhərlənənlərin hazırda Təbrizin Sina xəstəxanasında müalicə aldığı qeyd olunur.

 

 

Xatırladaq ki, 2018-ci ilin oktyabr ayında İranın 8 əyalətində saxta alkoqollu içikilər qəbul edən 1000-dən çox insanın zəhərlənməsi barədə məlumat yayılmışdı.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar