SON XƏBƏRLƏR

İranın Nur şəhərində daha 1 gənc məhkum edam edilib

2021.10.20, 07:36
İranın Nur şəhərində daha 1 gənc məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranda qətldə günahlandırılaraq barəsində ölüm hökmü çıxarılmış daha 1 gənc məhkum edam edilib.  

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, 6 il əvvəl naməlum səbəbə görə baş vermiş bir davada qətl törədən və həmin vaxtdan həbsdə saxlanılan 22 yaşlı məhkum Turəc Qasimi iyulun 28-i sübh saatlarında Mazandaran əyalətinin Nur şəhərinin zindanında dara çəkilib. Məhkum, qətl törədərkən onun yalnız 16 yaşı olub. Lakin məhkəmə bunu nəzərə almadan barəsində ölüm hökmü çıxarıb.

 

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar