SON XƏBƏRLƏR

İranın nüvə tədqiqatları dayandırılmalıdır – İsrail prezidenti

2021.10.20, 07:36
İranın nüvə tədqiqatları dayandırılmalıdır – İsrail prezidenti

Gunaz.tv
İranın nüvə tədqiqatları dayandırılmalıdır – İsrail prezidenti _shimon_peres_050508.jpg İsrail, Qüds, 05 may/ « müxbir R.Abdullayev/ İsrail prezidenti Şimon Peres hesab edir ki, Qərb dövlətləri İranın nüvə proqramına etinasız yanaşmamalıdırlar. «İranda nüvə texnologiyaları sahəsində bütün tədqiqatlar dayandırılmalıdır», - prezident bazar ertəsi Qüdsdə mətbuat konfransında, Trend News-un sualına cavab verərkən bildirib. Peres bildirib ki, məhz İran İsraili yer üzündən silmək istəyir, əksinə yox. «İranın fanatik liderlərinin, bu ölkənin maliyyələşdirdiyi terrorçuların nüvə silahına malik olduğu vəziyyəti təsəvvür etmək mümkün deyil. Dünyanın sabahının necə olacağını qabaqcadan demək mümkün olmayacaq», - Peres bildirib. İsrail rəhbərinin sözlərinə görə, İran ekstremist qruplara sponsorluq edir, məşq keçir və digər üsullarla onlara yardım edir. «Terror, nüvə silahı və məsuliyyətsiz hökumətin birləşməsi İranı yalnız İsrail deyil, bütün dünya üçün təhlükəyə çevirir»,- o bildirib. Peres qeyd edib ki, İsrailin böyük tarixi və mədəniyyəti olan ölkə kimi İrana qarşı heç bir iddiası yoxdur. Lakin, o, «Əhmədinecad rejiminin Yaxın Şərqi idarəetməyi arzulaması» ilə bağlı narahatlığını bildirib. O, regionda İran təsirinin yayılması siyasətini regional müstəmləkəçilik adlandırıb və Yaxın Şərqin ərəb dövlətlərinin,İsraildən daha çox İran və HƏMAS-dan ehtiyat etdiyini göstərib. qaynaq:trend xeber ------------------------------------------------------------------------------ İordaniya kralının Azərbaycana səfəri başlayıb Azərbaycan, Bakı, 05 may/ Trend News müxbir S.Ağayeva/ İordaniya kralı II Abdalla bazaar ertəsi rəsmi səfərlə Azərbaycana gəlib. Səfərin gedişində kral Azərbaycan prezidenti İlham Əliyev, Baş Nazir Artur Rasizadə ilə görüşlər keçirməyi planlaşdırır. Səfər çərçivəsində investisiyaların qarşılıqlı müdafiəsi və təşviqi, həmçinin ikiqat vergitutmanın azaldılması haqqında ikitərəfli sazişlər imzalanacaq. Bundan əlavə, bir sıra digər sənədlərin imzalanması nəzərdə tutulub. Bundan əlavə, səfər çərçivəsində Azərbaycan-İordaniya biznes-forumu açılacaq. Son iki il ərzində Azərbaycan və İordaniya arasında 25 saziş imzalanıb. Bu kral II Abdallanın Azərbaycana cavab səfəridir. Ötən ilin iyununda Azərbaycan prezidenti İlham Əliyev Haşimilər Krallığına rəsmi səfər edib. qaynaq:trend xeber

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar