SON XƏBƏRLƏR

İranın sabiq prezidenti Rəfsəncani hakimiyyəti zəbt etmək istəyir

2021.10.20, 07:36
İranın sabiq prezidenti Rəfsəncani hakimiyyəti zəbt etmək istəyir

Gunaz.tv
İranın sabiq prezidenti Rəfsəncani hakimiyyəti zəbt etmək istəyir article_1218729689.gif İranda siyasi partiyaların növbəti prezident seçkilərinə hazırlaşdığı dövrdə, İranın sabiq prezidenti Əkbər Haşimi Rəfsəncaninin hazırki prezident Mahmud Əhmədinejadı tənqid etməsi seçkilərə hazırlıq üçündür . «İranın sabiq prezidenti Rəfsəncani hakimiyyəti zəbt etmək istəyir. Onun məqsədi Əhmədinejada uduzmamaqdır» - deyə «Birliyi Möhkəmləndirmə İcması» – nın (Təhkim vəhdət) üzvü və İran eksperti Əli Siyasi Trend – a Tehrandan bildirib. İran mətbuatında İranın Məsləhət Şurasının katibi Rəfsəncaninin hazırkı höküməti, xüsusi ilə dövlətin iqtisadi proqramlarını tənqid etdiyinə dair xəbərlər dərc olunub. Məlumata əsasən, Rəfsəncani avqustun 13 - də Məşhəd şəhərinə səfəri zamanı «İslahatçı» partiyanın (müxalifət) üzvləri ilə görüşüb. Siyasi Rəfsəncaninin Məşhəd şəhərinə səfəri və dövlətin iqtisadi proqramlarını tənqid etməsi ilə bağlı bildirib ki, iki – üç aydır ölkədə prezident seçkilərinə hazırlıq gedir və siyasi dəyişiklikləri seçkilərə hazırlıq kimi dəyərləndirmək olar. Rəfsəncaninin «islahatçı» partiyanın üzvləri ilə görüşünü seçkilərə hazırlıq kimi dəyərləndirirəm və ümumilikdə bu cür çıxış seçkiqabağı təbliğatdır.» – deyə Siyasi cümə axşamı bildirib. Onun sözlərinə görə, Rəfsəncani Məhəmməd Xatəminin (Rəfsəncaniyə yaxın mövqedə olan sabiq prezident) seçkilərdə iştirak etməsini istəyir və əgər Xatəmi namizəd olsa, Rəfsəncani, sabiq hakim partiya Karqozaran və ona yaxın cinahların hamısı Xatəmini seçkidə dəstəkləyəcək. « Xatəmi seçkilərdə iştirak etməsə , ola bilsin, Rəfsəncani müxalifətdən digər bir şəxsin namizədliyini irəli sürsün, Rəfsəncani Əhmədinejadın qarşısında uduzmaq istəmir. O, bu məqsədə çatmaq üçün İran Ali dini rəhbərinin müşaviri Əliəkbər Vilayəti, Milli Təhlükəsizlik Şurasının sabiq katibi Həsən Ruhani və hətta Ayətullah Əli Xameneinin icra aparatının sabiq sədri Natiq Nuri kimi şəxsləri də dəstəkləyə bilər» – deyə Siyasi bildirib. Rəfsəncaninin seçki kampaniyasının üzvlərindən olan Mürtəza Allahverdi cümə axşamı Trend – a Tehrandan bildirib ki, Rəfsəncani , İran İnqilabının formalaşmasında və İranın siyasi və elmi sahələrində tanınmış sima olduğu üçün, hazırki şəraitdə İranın beynəlxalq səviyyədə, xüsusilə dost ölkələrlə münasibətini yaxşı səviyyəyə çatdırılmasına çalışır. Onun sözlərinə görə, İran İnqilabındakı rolu, İmam Xomeyni tərəfindən ona verilmiş öhdəliklər və məsuliyyətlər, eləcə də İranın Məsləhət Şurasının və İranın Ali Dini Şurasının sədri olması göstərir ki, Rəfsəncani ölkənin ümumi siyasətini, xüsusilə də Qanunun 44 - cü maddəsini (özəlləşdirmə haqqında Qanun) başqalarından daha yaxşı bilir və prezidentliyə layidir» – deyə Allahverdi bildirib. İranda növbəti prezident seçkilərinə bir il qalsa da, üç aydır ölkədə cinahlar arasında rəqabət başlayıb. qaynar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar