SON XƏBƏRLƏR

İranın səhiyyə naziri: “Karantində saxlanılan iranlı tələbələr arasında koronavirusa yoluxan yoxdur”

2021.10.20, 07:36
İranın səhiyyə naziri: “Karantində saxlanılan iranlı tələbələr arasında koronavirusa yoluxan yoxdur”

Gunaz.tv

GünazTV: İranın səhiyyə naziri Səid Nəməki fevralın 10-da jurnalistlərə açıqlamasında bir neçə gün əvvəl Çinin Vuhan şəhərindən ölkəyə qayıtmış 57 iranlı tələbənin durumundn danışıb.

 

O deyib ki, ölkəyə qayıtdıqdan sonra həkimlərin nəzarətində karantində saxlanılan iranlı tələbələr arasında koronavirusa yoluxma hallarına rəst gəlinməyib: “Tələbələr hazırda 14 günlük karantində saxlanılır, hər gün tibbi yoxlamalardan keçirlər. Xoşbəxtlikdən onlar arasında virusa yoluxan yoxdur. Bununla belə onlar həmin müddəti, yəni iki həftəni karantində qalmalı olacaqlar” -deyə, İranın səhiyyə naziri Səid Nəməki əlavə edib.

 

Bildirilir ki, Beynəlxalq Səhiyyə Təşkilatının nümayəndəsi iranlı tələbələrin saxlandığı karantinə baxış keçirib, tələbələrin səhhəti ilə yaxından tanış olub.

 

İran rəsmiləri ölkədə koronavirusa yoluxanların olmadığını bildirsələr də, ötən həftə Sənəndəc şəhərində virusu daşımaqda şübhəli bilinən bir nəfərin Tohid xəstəxanasında digər bölmələrdən təcrid edilmiş qapalı bir otaqda həkim nəzarətində saxlandığı, ailə üzvlərinin isə karantinə köçürüldüyü barədə məlumatlar yayılıb.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar