SON XƏBƏRLƏR

İranın Təbriz şəhərində daha 2 nəfər edam edilib

2021.10.20, 07:36
İranın Təbriz şəhərində daha 2 nəfər edam edilib

Gunaz.tv

GünAzTV: İranda narkotik maddələrin qaçaqmalçılığında və qəsdən adamöldürmədə günahlandırılan daha 2 nəfər edam edilib. Edamlar bir neçə gün əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb.

 

İrandakı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılan müttəhim Eyvaz Bidəst bir həftə əvvəl, eləcə də qəsdən adamöldürmədə günahlandırılaraq qisasa məhkum edilən digər müttəhim Milad Ziya, avqustun 15-i sübh saatlarında Təbrizin mərkəzi zindanında dara çəkilib. Edam edilən şəxslərin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar