SON XƏBƏRLƏR

İranın Xuzistan əyalətində saxta spirtdən ölənlərin sayı 62 nəfərə yüksəlib

2021.10.20, 07:36
 İranın Xuzistan əyalətində saxta spirtdən ölənlərin sayı 62 nəfərə yüksəlib

Gunaz.tv

GünazTV: “İranın Xuzistan əyalətində saxta spirtdən ölənlərin sayı 48 nəfərə çatıb”.

 

Bu barədə, Əhvazın “Condişapur” adına Tibb Elmləri Universitetinin sözçüsü Əli Ehsanpur martın 19-da jurnalistlərlə görüşündə məlumat verib.

 

 Ehsanpur ki, son bir sutka ərzində saxta spitdən zəhərlənən daha 13 nəfər əyalətin tibb mərkəzlərinə müraciət edib: “Təəssüflər olsun ki, dünən daha 3 nəfər saxta spirtdən ölüb, bir nəfər isə görmə qabiliyyətini itirib.

 

 Hazırda saxta spirtdən zəhərləndiklərinə görə xəstəxanalara müraciət edənlərdən 22-sinin müalicəsi davam edir. Onlardan 5-inin səhhəti ağır olduğuna görə reanimasiya şöbələrində həkimlərin nəzarətində saxlanılır” -deyə, Əhvazın “Condişapur” adına Tibb Elmləri Universitetinin sözçüsü Əli Ehsanpur əlavə edib.

 

 Qeyd edək ki, son həftə yarım ərzində İranın Xuzistan əyalətində koronavirusdan qorunmaq üçün alkoqollu içkilərə pənah aparanlardan 600-dən çoxu saxta spirtdən zəhərlənərək xəstəxanalara yerləşdirilib. Onlardan isə 62-si həyatını itirib.

 

 

 İran Səhiyyə Nazirliyinin martın 20-də yaydığı yeni statistikasına əsasən, ölkədə koronavirusa yoluxanların sayı 19644 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 1433 nəfərə yüksəlib.

 

A.M

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar