SON XƏBƏRLƏR

İranın Zahidan və Səravan şəhərlərində daha 2 nəfər dara çəkilib

2021.10.20, 07:36
İranın Zahidan və Səravan şəhərlərində daha 2 nəfər dara çəkilib

Gunaz.tv

GünAzTV: İranda narkotik maddələrin qaçaqmalçılığında və qəsdən adam öldürmədə günahlandırılaraq ölümə məhkum edilmiş daha 2 nəfər edam edilib.

 

İrandakı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, narkotik maddələrin  qaçaqmalçılığında və polisə silahlı müqavimət göstərməkdə günahlandırılaraq 6 ildən bəri həbsdə saxlanılan 32 yaşlı müttəhim Arif Rigi, sentyabrın 15-i sübh saatlarında Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərinin zindanında dara çəkilib.

 

Həmçinin qəsdən adam öldürmədə günahlandırılaraq 3 ildən bu yana məhbus həyatı yaşayan digər müttəhim, Nəzir Əhməd Qomşadzehi, sentyabrın 12-də Səravan şəhərinin həbsxanasında dar ağacından asılıb. Edam edilənlərin məhkəmə prosesi haqda hər hansı bir məlumat yayılmayıb.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar