SON XƏBƏRLƏR

İranlı axund: “Amerikaya ölüm” şüarı Guinness Rekorlar Kitabına salınmalıdır”

2021.10.20, 07:36
İranlı axund: “Amerikaya ölüm” şüarı Guinness Rekorlar Kitabına salınmalıdır”

Gunaz.tv

GünazTV: Tehranın cümə namazının dönəm başqanı axund Əhməd Xatəmi iyulun 27-də bir qrup “Sepah”çı qarşısında çıxış edərək, 40 ildir rəsmi tribunalardan səsləndirilən “Amerikaya ölüm” şüarından danışıb.

 

O deyib ki, İran İslam Respublikası “zalım”lara müqavimət göstərərək, Amerikanı pilotsuz uçan aparatını vurub salmaqla, Böyük Britaniyanı isə körfəzdəki gəmisini saxlamaqla dünyada biabır edib, onların heysiyyətinə xələl gətirib: “Tramp İran xalqının “Amerikaya ölüm” şüarının ləğv olunması arzusunu özü ilə göruna aparacaq. Bu şüar artıq müqəddəs və beynəlxalq bir şüara çevrilib. Məhz buna görə də hesab edirəm ki, “Amerikaya ölüm” şüarı Guinness Rekorlar Kitabına salınmalıdır” –deyə axund Əhməd Xatəmi əlavə edib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar