SON XƏBƏRLƏR

İranlı əsgər hüquq-mühafizə qüvvələrinə atəş açıb. 3 polis əməkdaşı həlak olub

2021.10.20, 07:36
İranlı əsgər hüquq-mühafizə qüvvələrinə atəş açıb. 3 polis əməkdaşı həlak olub

Gunaz.tv

GünazTV: İranın Hormozqan əyalətinin Bəndər Lenge şəhərində bir əsgərin hüquq-mühafizə qüvvələrinə atəş açması nəticəsində 3 polis əməkdaşı həlak olub.

 

Hadisə, dekabrın 7-də Bəndər Lengenin “Berkeh-ye Soflin” adlı dəniz qərargahında baş verib. Kimliyi mediaya açıqlanmayan sıravi əsgər naməlum səbəbə görə, hüquq-mühafizə qüvvələrinə odlu silahdan atəş açıb. Atəş nəticəsində 3 polis əməkdaşı güllə yarası alaraq yerindəcə keçinib.

 

Sıravi əsgər həbs edilib. Hadisənin səbəbləri araşdırılır.

 

A.M

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar