SON XƏBƏRLƏR

İranlı nazir: “Təyyarənin qara qutularını deşifrə edib oxuya bilməsək, onları oxunması üçün üçüncü bir ölkəyə göndərəcəyik”

2021.10.20, 07:36
İranlı nazir: “Təyyarənin qara qutularını deşifrə edib oxuya bilməsək, onları oxunması üçün üçüncü bir ölkəyə göndərəcəyik”

Gunaz.tv

GünazTV: İranın yol və şəhərsalma naziri Məhəmməd İslami fevralın 17-də jurnalistlərə açıqlamasında ay yarım əvvəl Tehranda vurulmuş Ukraynanın sərnişin təyyarələrinin qara qutularından danışıb.

 

Nazir bildirib ki, qara qutular üzərində aparılan araşdırmalar davam edir: “Ukraynalılar ötən bazar günü təyyarənin sənədlərini bizə təhvil veriblər. Hazırda isə, təyyarənin düşdüyü yerdəki bəzi mövcud nümunələri araşdırırıq. Lakin əgər qara qutuları deşifrə edib oxuya bilməsək, rəsmi Kiyevlə koordinasiya edərək onları oxunması üçün üçüncü bir ölkəyə göndərəcəyik” -deyə, İranın yol və şəhərsalma naziri Məhəmməd İslami əlavə edib.

 

Ukraynanın xarici işlər naziri Vadim Pristayko isə dünən məsələ ilə bağlı jurnalistlərlə görüşündə “Sepah”ın vurduğu sərnişin təyyarəsi ətrafında aparılan araşdırmaların davam etdirildiyini bildirib.

 

Ukraynanın xarici işlər naziri Vadim Pristayko 

 

Təyyarənin vurulmasında bir başa əli olan bütün şəxslərin kimliyinin müəyyən edilərək mühakimə olunmasını tələb edən Pristayko deyib ki, rəsmi Kiyev məsələnin birgə araşdırılması üçün Tehranla müştərək bir komandanının yaradılmasını istəyib: “Hesab edirik ki, bu müştərək araşdırmaçı qrupun aparacağı fəaliyyət, təkcə təyyarəyə qarşı raket atəşi düyməsini basan şəxsin yox, bu cinayətdə təqsirli bilinən bütün şəxslərin mühakiməsi ilə nəticələnməlidir” -deyə, Ukraynanın xarici işlər naziri Vadim Pristayko bəyan edib.

 

Xatırladaq ki, yanvarın 8-i sübh saat 06:00-da Tehrandan Kiyevə uçan Ukrayna Hava Yollarına məxsus "Boeing 737" sərnişin təyyarəsi göyə qalxdıqdan bir neçə dəqiqə sonra Pərənd şəhərciyi yaxınlığında “Sepah” terror təşkilatının atdığı 2 raketlə vurularaq yerə salınıb. Rəsmi Tehran, təyyarənin vurulduğunu üç gün gizlədib onun texniki nasazlıq üzündən süqut etdiyini bildirsə də, Peykdən çəkilmiş videoların yayılmasından sonra təyyarənin “Sepah” raketi ilə vurulduğunu etiraf etmək məcburiyyətində qalıb.

 

Hadisə nəticəsində 11-i Ukrayna vətəndaşı olmaqla, ekipaj heyəti ilə birlikdə 176 nəfər həyatını itirib.

 

 

Təyyarənin "səhvən" vurulduğunu iddia edən İran rejimi, Kanada, Ukrayna və Fransanın, eləcə də digər beynəlxalq qurumların dəfələrlə müraciətlərinə məhəl qoymayaraq, bu günə qədər müxtəlif bəhanələrlə təyyarənin qara qutularını deşifrə olunması üçün təhvil verməkdən boyun qaçırır. 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar