SON XƏBƏRLƏR

İranlı sənədli film rejissorları etirazlarda öldürülənlərin həyatlarını lentə alıb əbədiləşdirəcəklərini bəyan ediblər

2021.10.20, 07:36
İranlı sənədli film rejissorları etirazlarda öldürülənlərin həyatlarını lentə alıb əbədiləşdirəcəklərini bəyan ediblər

Gunaz.tv

GünAz TV: 135 iranlı sənədli film rejissoru bəyanat yayaraq, rejimi etirazlarda qətlə yetirdiyi insanların qəmli ailələrinə hörmət qoymağa və onların hamısını dərhal azadlığa buraxmağa çağırıb.

 

Bəyanatın yayılması bu gün mərhumların ölümlərinin 40-cı gününə təsadüf edir. Ötən günlər ərzində isə övladları və yaxınlarının 40 mərasimi təşkil etmək istəyən valideynlərin bir çoxu ETTELAAT Nazirliyi tərəfindən həbs edilib. Hazırda ölkənin müxtəlif şəhərlərində 40 mərasimi zamanı yenidən etirazların baş verməsindən qorxan rejim interneti kəsib, eləcə də qəbirsanlıq və küçələrə təhlükəsizlik qüvvələrini təhkim edib.

 

“Biz, bu bəyanatı imzalayan rejissorlar bəyan edirik ki, nəinki ölkəmizdə bu gün baş verən hadisələrə göz yummayacağıq, əksinə xalqla birlikdə başımıza gələnlərin hekayələrini lentə alıb əbədiləşdirəcəyik. Bunlar çörək tapa bilməməkdən boğaza yığılmağın qəmi, hər biri bizdən biri olan basdırılmamış, məzarsız qətlə yetirilənlər, eləcə də adı açıqlanmayan həbs edilənlərin hekayələridir”, - deyə rejissorlar vurğulayıblar.

 

Onlar həmçinin qeyd ediblər ki, 40 gündür ölkələrində baş verən, heç vaxt insanların yaddaşından silinməyəcək bu faciənin qəm və qüssəsi ilə boğulurlar. Rejissorlar sonda xalqla birlikdə olduqlarını və faciənin 40-cı günündə öldürülən və tutulanları xatırladıqlarını qeyd edərək, rejimi qətlə yetirilənlər və onların ailələrinə hörmət qoymağa, tutulmuş valideynləri dərhal buraxmağa səsləyiblər.

 

Qeyd etmək lazımdır ki, Reuters agentliyi bir neçə gün öncə İranın “dini lider”inə yaxın 4 rəsmisinə istinadən etirazlar zamanı Xamneyinin göstərişi ilə azı 1500 nəfərin qətlə yetirildiyi barədə məlumat yaymışdı.

 

Digər tərəfdən, nümayişlərdə 8 mindən çox insanın saxlandığı deyilir. Etirazlardan 40 gündən artıq müddət keçməsinə baxmayaraq, hələ də bir çox şəhərlərdə həbs və repressiyalar davam edir.

 

Xatırladaq ki, bir neçə gün öncə Möhsün Ustadəli qazandığı “ən yaxşı sənədli film rejissoru” adlı beynəlxalq mükafatı Puya Bəxtiyariyə hədiyyə etmiş və onu ən cəsur sənədli film rejissoru adlandırmışdı.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar