SON XƏBƏRLƏR

İşğal olunan ərazilərdə erməniləşdirmə siyasəti

2021.10.20, 07:36
İşğal olunan ərazilərdə erməniləşdirmə siyasəti

Gunaz.tv
İşğal olunan ərazilərdə erməniləşdirmə siyasəti Monitorinq qrupu bu barədə də məlumatlandırılmalıdır Azərbaycanla Ermənistan arasında hətta sülh müqaviləsi imzalanmasından sonra belə ermənilərin Laçını dəhliz kimi saxlamaq istəyi onların Laçını tarixi əhəmiyyətsiz bir yer kimi təqdim etmək siyasətini meydana çıxarıb. İşğal Olunmuş Ərazilərdə Yerləşən Abidələrin Müdafiəsi İctimai Birliyinin rəhbəri Faiq İsmayılovun məlumatına görə, hazırda onlar Laçında yerləşən 250 tarixi-mədəni abidənin fotoşəkillərini toplayıb. Tariximizi olduğu kimi əks etdirən həmin fotoşəkillərin kitab halına salınaraq sentyabr-oktyabr aylarında mədəni irslə bağlı bölgəyə gələcək olan AŞPA-nın monitorinq qrupuna təqdim etməyin vacibliyini vurğulayan F.İsmayılov narahatçılıq doğuran bir məsələni də qeyd edib. Belə ki, monitorinq qrupunun yalnız işğal olunan ərazilərdə dağıdılan abidələrə baxmasını məqbul hesab etməyən birlik rəhbəri həm də ermənilərin mənimsəmə siyasəti ilə bağlı məlumat verilməsinin vacibliyini vurğulayıb. F.İsmayılov məsələ ilə bağlı XİN-ə də müraciət etdiyini bildirib. Belə ki, yalnız elə Şuşa, Kəlbəcər və Laçın ərazisində 1000-dən çox xaçkarlar yerləşdirib, 6-7 kilsə tikilib ki, bu da erməniləşdirmə siyasətinin ən bariz nümunəsidir. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar