SON XƏBƏRLƏR

İsrail anti-İran əməliyyatına hazırlaşır

2021.10.20, 07:36
İsrail anti-İran əməliyyatına hazırlaşır

Gunaz.tv
İsrail anti-İran əməliyyatına hazırlaşır Amerikalı ekspertlər İsrailin iyunun əvvəlində keçirdiyi iri hərbi təlimləri İranın nüvə obyektlərinə zərbə endirilməsinə hazırlıq kimi dəyərləndiriblər. “The New York Times” qəzetin yaydığı məlumata görə, iyunun ilk həftəsində Aralıq dənizində və Yunanıstan sahillərində keçirilən təlimlərdə 100-dən çox “F-16” və “F-15” təyyarələri iştirak edib. Təlimlərə döyüş əməliyyatları zamanı vurulan təyyarələrin ekipajını xilas etmək üçün istifadə edilən vertolyotlar da cəlb olunub. Qəzet yazır ki, vertolyotlar və yanacaq daşıyan təyyarələr təlim zamanı 900 mildən çox məsafəni qət ediblər. Bu, İsraillə İranın Natanz şəhərindəki uranın zənginləşdirilməsi zavodu arasındakı məsafəyə bərabərdir. İsrail məmurları təlim mövzusunu şərh etməkdən boyun qaçırıblar. İsrail ordusunun nümayəndələri isə söhbətin adi təlimlərdən getdiyini vurğulayıblar. “The New York Times” yazır ki, İsrail təlim keçirilməsi faktını gizlətməyə cəhd göstərməyib. Pentaqon nümayəndələrinin fikrincə, təlim bir neçə məqsəd güdüb. Birinci məqsəd İranın nüvə və raket obyektlərinə zərbə endirməsinin məşq edilməsidir. İkinci məqsəd isə ABŞ və digər Qərb ölkələrinə mesajdır. İsrail son təlimlərlə diplomatik səylər uğursuzluğa düçar olduğu təqdirdə, hansı yolla fəaliyyət göstərməyə hazır olduğunu göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar