SON XƏBƏRLƏR

İsrail diplomatlarına qarşı suiqəsd cəhdlərinin təfərrüatları açıqlanıb

2021.10.20, 07:36
İsrail diplomatlarına qarşı suiqəsd cəhdlərinin təfərrüatları açıqlanıb

Gunaz.tv

GünAz TV: Hindistan və Gürcüstandakı İsrail diplomatlarına qarşı suiqəsd cəhdlərinin təfərrüatları açıqlanıb.

 

Ötən gün Hindistanda və Gürcüstanda israili diplomatlara hədəflənmiş ardıcıl partlayışlardan sonra, İsrail dövlətinin baş naziri Benyamin Netanyahu suiqəsdə görə İranı və Livanın (Lübnan) Hizbullah qruplaşmasını ittiham edib.

 

GünAz TV mətbuat mərkəzinin “Ans-press”ə istinadən yaydığı məlumata görə, rəsmi Tiflis partlayıcı qurğunun İsrail səfirliyi sürücüsünün maşınına quraşdırıldığını bildirib. Gürcüstan Daxili İşlər Nazirliyinin sözçüsü sürücünün maşının altına bərkidilmiş bağlamanı görən kimi polisə xəbər verdiyini və əməliyyat nəticəsində partlayıcı qurğunun zərərsizləşdirildiyini bildirib.

 

 “Dayanacaqda maşın dayanmışdı, maşının ətrafında xüsusi maneələr quraşdırılmışdı. Nə baş verdiyini soruşanda, maşında partlayıcının olduğunu dedilər. Sonra bizi buradan evakuasiya (təxliyyə) etdilər. Az sonra partlayış səsi eşidildi. Polisin partlayıcını zərərsizləşdirdiyi barədə xəbər verdilər”, deyə Nodar Saqaraşvili bildirib.

 

 Rəsmi Delhi isə Hindistanda israilli diplomatın avtomobilinin partlaması nəticəsində 4 nəfərin yaralandığını xəbər verib. İranın və "Hizbullah"ın İsrailə qarşı düşmən siyasəti yürütmələrini baxmayaraq, partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma və ya hökumət öz üzərinə götürməyib.

 

İranın Hindistandakı səfiri ötən gün baş vermiş suiqəsdə görə İsrailin irəli sürdüyü ittihamları rədd edib. Mehdi Nəbizadə İranın hər zaman istənilən terror aktını (əməl) pislədiyini xatırladıb.

 

 Hindistan rəsmiləri Yeni Delhidəki hücumun baş nazir idarəsi binasının yaxınlığında törədildiyini bildirib. Hadisə zamanı maşında diplomatın həyat yoldaşı olub. Uşaqları məktəbdən gətirməyə gedən xanımın maşının yanından motosikletli bir şəxs ötərək maşına əlüstü maqnitli partlayıcı bərkidib və bir qədər aralandıqdan sonra partlayıcını işə salıb.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar