SON XƏBƏRLƏR

İsrail İranla müharibəyə ilin sonunda başlayacaq

2021.10.20, 07:36
İsrail İranla müharibəyə ilin sonunda başlayacaq

Gunaz.tv
İsrail İranla müharibəyə ilin sonunda başlayacaq ccqlxggw.jpg ABŞ diplomatı Con Bolton: «Amerika bu hücumda iştirak etməyəcək» İsrail böyük ehtimalla, ABŞ-dakı prezident seçkiləri ilə yeni prezidentin andiçmə mərasimi arasındakı müddətdə İrana hücum edəcək. Bu barədə «Daily Telegraph» qəzeti ABŞ-ın BMT-dəki keçmiş xüsusi nümayəndəsi Con Boltona istinadla yazıb. Diplomatın fikrincə, ABŞ İrana qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək. «mignews.com» resursu Boltondan belə bir sitat verir: «Əgər bir il qabaq məndən soruşsaydılar, mən deyərdim ki, ABŞ-ın iştirakı mümkündür. Amma indi mənə belə görünmür». Xatırladaq ki, iyunun əvvəlində İsrail İranın nüvə obyektlərinə raket zərbələri endirilməsi təsəvvürü yaradan irimiqyaslı hərbi təlimlər keçirib. Amerika administrasiyasının fikrincə, təlimlərin əsas məqsədi uzaq məsafədə hava hücumlarını məşq etmək və eləcə də, İranın nüvə proqramlarına İsrailin necə ciddi yanaşdığını göstərmək olub. İsrail hakimiyyət orqanları hər hansı şərh verməkdən boyun qaçırmışdılar. Amma buna qədər İsrailin baş nazirinin müavini, nəqliyyat naziri Şaul Mofaz demişdi ki, İran nüvə proqramlarını dayandırmasa, İsrail bu ölkəyə zərbə endirə bilər. Nazir BBC-yə bildirmişdi ki, İrana qarşı beynəlxalq sanksiyalar səmərə verməyib: «Əgər İran nüvə silahı hazırlamaqda davam etsə, biz ona hücum edəcəyik». Bu arada Rusiyanın «İnterfaks» agentliyinə müsahibəsində İranın islam mədəniyyəti və əlaqələr üzrə təşkilatının başçısı Ayətullah Məhəmməd Əli Təhsiri ABŞ-ı və onun müttəfiqlərini İrana hücumdan çəkinməyə çağırıb: «Əgər məsələ gəlib müharibəyə çatsa, İran İraq kimi zəif deyil». Daha əvvəl isə İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Laricani İsrailin hədələrinin arxasında heç nəyin dayanmadığını demişdi. bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar