SON XƏBƏRLƏR

İsraildə seçkinin yekun nəticələri açıqlandı - Qalib elan olundu

2021.10.20, 07:36
İsraildə seçkinin yekun nəticələri açıqlandı - Qalib elan olundu

Gunaz.tv

GünAz TV: İsrail Mərkəzi seçki Komissiyası Benyamin Netanyahunun sədrlik etdiyi “Likud” partiyasının parlament seçkisində 36 yer qazanaraq birinci olduğunu açıqlayıb.

 

Avropa.info xəbər verir ki, Netanyahunun rəqibləri Mavi-Ağ İttifaqın üzvləri 120 yerli parlamentdə 35 yer qazana biliblər. Aviqdor Libermanın sədrlik etdiyi “İsrail evimiz” partiyası 5 yer ala bilib.

 

İsrailli ərəblərin partiyası “Ərəb İttifaqı” 6 yer, sol yönlü “Meretz” partiyası 5 yer qazana bilib.

 

Seçki nəticələrinə görə, ultra-sağ cinahın 65 deputatla təmsil olunduğu parlamentin hökumət qurmaq imkanı böyük görünür.

 

Mavi-Ağ İttifaqın iki liderindən biri olan Benni Qantz nəticələrin açıqlanmasından sonra “Netanyahu ultra-sağ tərəfdarları ətrafında topladı, hökuməti quracaq, nəticə budur. Seçkilərin nəticələri nəzərə alınarsa həqiqət budur” – demişdi.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar