Sistan-Bəluçistanda güclü qarşıdurma: Hökumət əyalət mərkəzinə nəzarəti itirib-VİDEO

30.09.2022, 16:35

İranın cənub şərqində yerləşən Sistan-Bəluçistan əyalətində etiirazçılarla hökumət qüvvələri arasında qarşıdurma şiddətlənib.

Gunaz.tv Quote | Gunaz article

Sentyabrın 30-u günortadan sonra hökumət məmurlarının Zahidan şəhərinin Məkki məscidində namaz qılan sünni məzhəbli etnik bəluçlara atəş açması ilə daha da şiddətlənən qarşıdurmada bir neçə etnik bəluçun öldürüldüyü, onlarla insanın yaralandığı bildirilir.

Etirazçı və namaz qılanların güllələnməsindən sonra əyalətin başqa şəhərlərində də qəzəblənən bəluçlar küçələrə axışıb və Zahidandakı etirazçılara dəstək nümayiş etdirib.

İnsanların güllələnməsindən hiddətlənən bəluçlar Zahidan şəhərinin 16-cı polis bölməsinə od vurub, xüsusi təyinatlı qüvvələrə məxsus maşınları yandırıb..

Bəluç fəallar sosial mediada ölü və yaralı sayının onlarla olduğunu bildirib.

Bəzi mənbələr 36 nəfərin öldürüldüyünü desələr də, hələlik bu barədə dəqiq təsdiq olunmuş məlumat əldə etmək mümkün olmayıb.

Gecə saatlarına yayılan xəbərlərdə Zahidan şəhərinin bir neçə bölgəsində qarşıdurmaların davam etdiyi, hökumət qüvvələrinin bəluçlara qarşı odlu silahlardan birbaşa atəş açdıqları bildirilir.

Bəluç fəalların Zahidan xəstəxanasından yaydıqları videoda güllələnmiş onlarla yaralı insanın ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi görünür.

İranın rəsmi dövlət televiziyası isə gecə xəbərlərində  Zahidan şəhərində silahlı qüvvələrin polis bölməsinə hücum etdiyini bildirib.

Baş verən silahlı qarşıdurmada basqınçının və yoldan keçən dinc vətəndaşların yaralandığı iddia edib.

İran televiziyasının yaydığı görüntülərdə şəhər üzərində hərbi helikopterlərin uçduğu görünür.

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranlı nazir həbs edilən etirazçıların xarici ölkələrin vətəndaşları olduğunu iddia edib

2022-12-01

gun az article

Tibb işçilərinin İrandan xaricə axını artıb

2022-12-01

gun az article

Fransa Parlamentinin aşağı palatası da Azərbaycana qarşı Qətnamə qəbul etdi

2022-11-30

gun az article

XİN rəhbəri: Ermənistan öhdəliklərini yerinə yetirmir, normallaşma prosesinə maneçilik törədir

2022-11-30

gun az article

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

2022-11-30

gun az article

İranda öldürülən etirazçıların sayı açıqlanıb

2022-11-30

gun az article

Mühacir iranlılar Kaliforniyada aclıq aksiyası keçirib

2022-11-30

gun az article

İranın Bəndər Abbas şəhərində məhkum edam edilib

2022-11-30

gun az article

Ukraynada 20 mindən çox mülki şəxs həlak olub, ölkəyə 600 milyard avro ziyan dəyib

2022-11-30

gun az article

İranda həbsdə olan belçikalı aclıq aksiyası keçirir

2022-11-30

gun az article

Britaniyanın baş naziri İrandakı etirazlara münasibət bildirib

2022-11-30

gun az article

Çin nüvə başlıqlarının sayını 4 dəfə artıracaq

2022-11-30

gun az article

İran parlamenti etirazçılara qarşı cəzanı sərtləşdirməyi planlaşdırır

2022-11-30

gun az article

"İranın BMT-nın Qadınların Vəziyyəti üzrə Komissiyasından çıxarılması dekabrın 14-də səsə qoyulacaq"-"Reuters"

2022-11-30

gun az article

“Gender Bərabərliyi” İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırılıb

2022-11-29

gun az article

KİV: “NATO Ukraynaya “MiQ-29” və ya “F-16” qırıcıları verməyi nəzərdən keçirir”

2022-11-29

gun az article

İranda 3 yəhudi həbs edilib

2022-11-29

gun az article

Çavuşoğlu: Ukraynanın ədalətli sülhə ehtiyac var, Türkiyə buna çalışır

2022-11-29

gun az article

İsrail və Amerika "İrana hücum" təlimi keçirir

2022-11-29

gun az article

Kayli Mur Gilbert: "İslam Respublikası Avstraliyaya nüfuz edib"

2022-11-29