İranın Sistan-Bəluçistan əyalətinin mərkəzi Zahidan başda olmaqla əyalətin bir neçə şəhərində ümumi tətil aksiyalarına başlanılıb.
Bəluç fəallar və sünni məzhəbli din xadimlərinin çağırışlarından sonra əyalətin əksər şəhərlərində bazar, mağazalar və istehsal müəssisələri işi dayandırıblar.
Aksiya noyabrın 25-i günorta saatlarında cümə namazından sonra başlayan etiraz aksiyalarında nümayişçilərə atəş açılması və bir neçə nəfərin öldürülməsinə etiraz olaraq başlayıb.
Həmin gün hökumət qüvvələrinin dinc aksiya keçirən etnik bəluçlara odlu silahlardan açdığı atəş nəticəsində 4 nəfər ölüb, 10-dan çox insan isə yaralanıb.
Timur