GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
İran məhsullarının keyfiyyəti dünya standartlarından geri qalır
Türkiyə Kosovaya hərbi kontingent göndərir
İrandan ölkəyə qanunsuz keçmək istəyənlər tutuldu
Şuşada kütləvi məzarlıq aşkarlandı
İran dövləti öz kadrlarına belə güvənmir: haker qrupu rejimi ifşa etdi
Ərdəbildə Əkbər Azadla milli fəalların görüşü olub
Biləsuvarda sel daşqınları əhaliyə ciddi ziyan vurub
Əhərdə güclü partlayış- Ölən və yaralananlar var
Türkiyədə əməliyyat: 3 PKK terrorçusu məhv edildi
İrana qarşı yeni sanksiyalar hazırlanır
QAT sədri Bütöv Azərbaycan ideyasını bədnam "Böyük Ermənistan"la eyniləşdirib.
“Hesab edirəm ki, bu, hətta zərərli bir ideyadır. Ermənilər 300 ildir "Böyük Ermənistan" ideyası ilə əziyyət və zülm çəkirlər, başlarına bəlalar gəlir, amma heç nəyə də nail ola bilmirlər. Vaxtında katolik kilsəsi tərəfindən Böyük Ermənistan ideyası ilə Türkiyə və İrana qarşı ermənilərdən istifadə olunub.
Bütöv Azərbaycan ideyası isə Rusiya KQB-si tərəfindən 1945-ci ildə ortaya atılıb”-deyə, Akif Nağı bildirib.
Eks- prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov deyib ki, tarixçi mütəxəssis olan Akif Nağı məsələyə primitiv yanaşıb:
“Bütöv Azərbaycan ideyası Azərbaycan xalqının idealıdır.
1813-cü ildə “Gülüstan” və 1828-ci ildəki imzalanmış “Türkmənçay” müqavilələrindən sonra Azərbaycan iki yerə bölünüb. Bunun nəticəsində isə ərazinin hər iki tərəfində qalan soydaşlarımız bu ideyanı bir formada yaşadıblar.
Əgər bu, 1945-ci ildə Stalinin əmri ilə “KQB” tərəfindən ortaya atılmış ideya olsaydı, nə üçün 1920-ci illərin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti ilə Güneydəki dövlətin təmsilçiləri arasında bu mövzuda müzakirələr gedirdi? Azərbaycan türkləri 50 milyonluq bir xalqdır, bizim birləşmək haqqımız normal və qanunauyğun məsələdir. Həmçinin, beynəlxalq hüquqa görə də parçlanmış xalqların birləşmə haqqı mövcuddur".
Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli isə qeyd edib ki, “Bütöv Azərbaycan ideyasını Rus KQB-si ortaya atıb” demək nadanlıqdır.
“Bir müddət öncə QAT sədrinin İranın ali rəhbəri Əli Xamneyinin Bakıdakı sabiq nümayəndəsi Əli Əkbər Ocaqnejadla təmasda olduğuna dair bilgim var idi. İranda Qarabağla bağlı konfranslar da keçirmişdilər” deyən
Elman Cəfərli bildirib ki, Bütöv Azərbaycan ideyasını “Böyük Ermənistan” kimi sərsəm ideya ilə eyniləşdirmək yumşaq desək, siyasi diletantlıqdır: "Akif Nağı bilmir ki, Qafqaza gəlmə millət olan ermənilərin Böyük Ermənistan ideyası heç bir tarixi əsası olmayan cəfəngiyyatdır? Akif Nağının adi orta məktəb bilgilərindən xəbəri yoxdur?
Azərbaycan torpaqlarının 1813 və 1828-ci ildə Rusiya və Qacar dövləti tərəfindən bölündüyünü bilmir? Bilmirsə, bu, onun ayıbıdır. Yox, bilib özünü bu vəziyyətə salırsa, artıq bu işin içində iş var.
Görünür, Ocaqnejad vaxtında kisənin ağzını açıb və adamların “kəndirini İranın ayağına” bağlaya bilib”.
Jurnalist hesab edir ki, Azərbaycan xalqı öz tarixi torpaqlarında mütləq birləşəcək: “Birləşmə bu xalqın təbii haqqıdır.
Bu haqqı zaman-zaman milli ziyalılarımız gündəmə gətiriblər. Akif Nağı bilsin ki, İranın “əppəyinə yağ sürməklə” Azərbaycan xalqının təbii istəyinin-bütövləşməsinin qarşısını ala bilməyəcək. Bu, tarixi prosesdir və mütləq reallaşacaq.
10 il öncə Şuşadan əlimizi üzməyimizi istəyirdilər. Lakin bu gün Şuşa, Qarabağ erməni işğaldan azad edilib. Gün gələcək tarixi başkəndimiz Təbriz də, Ərdəbil də, Həmədan da fars işğalından azad olunacaq”.
Ayxan
Şuşada kütləvi məzarlıq aşkarlandı
İran dövləti öz kadrlarına belə güvənmir: haker qrupu rejimi ifşa etdi
Ərdəbildə Əkbər Azadla milli fəalların görüşü olub
Biləsuvarda sel daşqınları əhaliyə ciddi ziyan vurub
"İrana getməyin"-XİN ölkə vətəndaşlarına çağırış etdi
Amerika İranın məşhur internet şirkətinə sanksiya qoydu
Güneydə müəllimlərə təzyiqlər güclənib: İsmayıl Xudayari prokurorluğa çağırılıb
İranda dindarların sayı azalıb: "50 min məscid boş qalıb"-Ayətullah
İranda 21 yaşlı tələbənin müəmmalı ölümü etiraz doğurdu: Narazılara atəş açılıb
Hindistanda dəhşətli qatar qəzası: 70 ölü, 500 yaralı
“Azərbaycan dövləti güneyin problemlərinə laqeyd qalmayacaq”-Oktay Qasımov-MÜSAHİBƏ
İran-Əfqanıstan sərhədində atışma: Hava limanına raket zərbələri endirilib
Urmu-Təbriz magistral yolunun ödənişləri bahalaşıb-Sürücülər narazıdır
Prezident İlham Əliyev Laçının Şəlvə kəndinin təməlini qoyub
"Bu, xalqı üz-üzə qoymaq cəhdidir"-Təbrizin millət vəkili hökuməti tənqid etdi
Urmuda ekoloji fəlakət: Şəhərçay ətrafı zibilxanaya çevrilib
Türkiyədə prezident seçkilərinin ikinci turu başlayıb
Milli fəal Hüseyn Amani Təbriz həbsxanasına köçürülüb
Zahidanda etirazçılar həbs edilib
Təbriz Universitetində Azərbaycan dili və ədəbiyyatı dərsləri dayandırıldı