SON XƏBƏRLƏR

Kiprdə Türkiyə əleyhinə danışıqlar

2021.10.20, 07:36
Kiprdə Türkiyə əleyhinə danışıqlar

Gunaz.tv
Kiprdə Türkiyə əleyhinə danışıqlar Yunanlar qondarma erməni soyqırımından və "Gaz de Frans"ın "Nabucco" xülyasından yararlanır Hər il yay fəslində, çimərlik dövründə Kipr adasında sülh danışıqları daha da fəallaşır. Yəqin beynəlxalq təşkilatların nümayəndələri turizm dövründə, Aralıq dənizinin sahillərində, dünyanın ən cənnət adasında sülh danışıqları aparmağa daha çox üstünlük verirlər. Azərbaycan ictimaiyyətinin, siyasi dairələrinin, mətbuatının Kipr münaqişəsilə bağlı xəbərlərlə, Quzey Kıbrıs Türk Cumhüriyyətinin taleyilə maraqlanması təkcə türk təssübkeşliyindən irəli gəlmir. Göytürk Kipr münaqişəsinə Avropanın, dünyanın münasibəti həm də Azərbaycan üçün bir təcrübədir. Məsələn, əgər Fransanın ATƏT Minsk qrupunda təmsil olunduğunu, AB-nin aparıcı ölkələrindən biri olduğunu nəzərə alsaq, rəsmi Parisin Kipr və Qarabağ münaqişələrinin həllinə münasibətini müqayisə etmək, dəyərləndirmək işin xeyrinədir. Azərbaycan hökuməti Kipr məsələsində laqeydlik nümayiş etdirmir. QKTC prezidenti Mehmet Əli Tələtin Bakıda keçirilən Türk Dövlət və Toplumlarının Dostluq və Qardaşlıq Qurultayına, Türkiyə-Azərbaycan Diaspor Təşkilatlarının Qurultayına dəvət olunması rəsmi Bakının Kipr məsələsinə kifayət qədər diqqət yetirdiyini ortaya qoyur. Fikrimizcə, son aylar Kipr adasında baş verənləri təhlil etməklə AB-nin, BMT-nin Qarabağ münaqişəsinin həllinə münasibətindəki müəyyən məqamları dəqiqləşdirmək mümkündür. Bu məqamları qiymətləndirməyi isə oxucunun öz öhdəsinə buraxmağı məqsədəuyğun sayırıq. ... Ötən il Kiprin yunan hissəsində hakimiyyətə kommunist Dimitris Hristofyasın gəlməsilə adada sülh danışıqlarının irəliləcəyi haqqında rəy yaranıb. Bu ilin əvvəlindən sürətlənən danşıqlarda bir sıra məqamlar ortaya çıxıb. Mayda Lefkoşada (Nikosiya) ara bölgədə yerləşən BMT qərargahında bir araya gələn Quzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Mehmet Əli Tələt və Yunan Kiprinin prezidenti Dimitris Hristofyasın birgə açıqlamasında ortaq razılıq nöqtəsinin "Birləşmiş Federal Kipr Cumhuriyyəti" olduğunu göstərilib. Tələt iki hissəli, iki toplumlu ve siyasi bərabərliyə əsaslanan, BMT TŞ-nin qərarlarına uyğun bir federasiyanın münaqişənin həlli yolu olduğunu açıqlayıb. Həmin görüşdə bu il mart ayının 21-də əldə edilən razlaşmaya əsasən, geniş danışıqlara hazırlıq məqsədiylə yaradılan, aprelin 21-də işə başlayan 6 çalışma qrupu və 7 texniki komitənin fəaliyyəti nəzərdən keçirilib. Maraqlıdır ki, birgə açıqlama Kipr yunanlarını iki yerə bölüb. "Ortaqlıq hökumət və dövlətlər arasındadır" deyən keçmiş prezident Georgi Papadopulos rum rəsmilərinin bir addım gerilədiyini söyləyib. O, mətndəki "Federasiyaya əsaslanan ortaqlıqda bərabər statusa sahib Kıbrıs Türk Qurucu Dövləti və bir Kıbrıs Rum Qurucu Dövləti olacaq" ifadəsini şərh edib. Hristofyas isə "Bəziləri qəbul etmək istəməsələr də (bu yanaşma ölkəyə böyük zərər verib), ortaqlıq 1960-cı ildən bəri var" deyib və birgə açıqlamanı irəliyə doğru addım sayıb. Amma onu da xüsusi vurğulayıb ki, Türkiyə qəbul edilməz tezislərindən vaz keçməse Kıbrıs münaqişəsinin həlli olmayacaq: "Dövlət tək olacaq, tək suveren, tək vətəndaşlığı, bir beynəlxalq təmsilçilik olacaq." Texniki komitələrin rum üzvlərlə iyunun 1-də görüşən Hristofyas deyib: "Biz ortaqlıqdan danışırıq. Amma Annan planında nəzərdə tutulan ortaqlıqdan deyil". BMT də adada baş verənləri diqqətlə izləyir. BMT-nin baş katibi Pan Gi Mun Kirpdəki irəliləyişlərdən məmnun qaldığını, münaqişənin həlli üçün "fürsət pəncərəsinin" (tanış ifadədir, deyilmi?) açıq olduğunu söyləyib. İyunun 9-da BMT baş katibi iki liderin münaqişənin tam həllinə yönəlik addımlarını "cəsarətverici" sayıb. Kiprdə geniş danışıqlara hazırlıq prosesi sürərkən "Metron Analysis" adlı araşdırma şirkəti yunanların fikrini öyrənib. "İki toplumun ortaq suverenliyi əsasında birləşmiş Kıbrısı, yoxsa, iki, ayrı devlətli bir çözümü üstün tutursunuz?" sualı verilib. Respondentlərin 65 faizi birləşmiş Kipr, 28 faiz isə iki ayrı devlət istədiyini açıqlayıb. Son aylarda Fransanın Kipr məsələsinə kobud müdaxiləsi özünü göstərir. Senat və Milli Assambleya qondarma ermni soyqırımının inkarının cəzalandırılması ilə bağlı qanun qəbul etdikdən sonra Türkiyənin qəzəbinə düçar olan Fransa "zəncir gəmirir" Rəsmi Ankara məhz həmin qanuna görə "Gaz de Frans" şirkətinin "Nabucco"ya qoşulmaq planına veto qoyub. Bəlkə də buna görə, Türkiyənin AB-yə üzvlüyünün qarşısını almağa çalışan Nikolo Sarkozi gah "Aralıq dənizi planını" irəli sürür, gah da Fransa, Yunanıstan və Kipr yunanları adanın yanında Türkiyəyə, ŞKTC-yə qarşı birgə, hədələyici təlimlər keçirirlər. AB-Türkiyə Monitorinq Komitəsinin üzvü, fransız deputat Bernard Deflesselles isə Türkiyənin Güney Kıbrısı tanımadan Avropa Birliyinin üzvü ola bilməyəcəyi iddiasını irəli sürüb. Güney Kıbrıs parlamentindəki çıxışında Bernard Deflesselles Fransanın Kipr münaqişəsinə çözüm tapılması cəhdlərini dəstəkləməyə hazır olduğunu söyləyib. Deflesselles Türkiyənin AB üzvlüyü ilə bağlı "AB-nin 27 üzvündən birini (yəni Yunan Kiprini-red.) tanımayan bir ölkəni üzv qəbul etməyəcəklərini" açıqlayıb. Rumlar isə təkcə ermənipərəst fransızlardan deyil, həm də qondarma erməni soyqırımından da yararlanırlar.Bu günlərdə adanın yunanların nəzarətində olan hissəsindəki Larnaka şəhərində qondarma soyqıma həsr olunmuş abidə qoyulub. Dimitris Hristofyas yunanların ermənilərə sevgisindən, erməni-yunan həmrəyliyindən danışıb, yunan Kiprinin 1982-ci ildən qondarma soyqırımı tanıdığını xatırladıb. 1963-1974-cü illərdə Kıbrıs türklərinə qarşı soyqırım törədən rumların terrorçu, bəşər əleyhinə cinayətlər törətmiş Ermənistanı, erməniləri dəstəkləməsi başa düşüləndir. Qondarma soyqırım abidəsinin qoyulduğu meydan "Erməni soyqırı qurbanları abidəsi meydanı" adlandırılıb. Abidəyə 200 min avro xərcləyən, digər tərəfdən, guya sülh danışıqları aparan Hristofyasın təxribatçı niyyəti ortadadır. Yunanların məqsədi Türkiyə Silahlı Qüvvələrini adadan çıxarmaq, Şimali Kipr Türk Cümhuriyyətinin məhv etmək, Türkiyənin AB-yə yolunu birdəfəlik bağlamaq, "enozis" planına uyğun olaraq adada türk varlığına son qoymaqdır. İyunun 13-də adanın yunan hissəsinə gedən Yunanıstanın xarici işlər naziri Dora Bakoyanninin çıxışından da bu niyyətlər aydın görünür. O, rəsmi Afinanın Kipr probleminin həlli üçün görülən işlərə dəstək verəcəyini açıqlayıb: "Türkiyənin də Kipr münaqişəsinin çözümü üçün konkret addımlar atması gərəkdir. Türkiyə Avropaya yaxınlaşa bilməməsinin səbəbini Kipr probleminin həll edilməməsində olduğunu bilir. AB üzvlüyünə namizəd bir ölkənin başqa bir Avropa ölkəsinin ərazisinin bir hissəsini əlində saxlaması paradoksdur. Hədəf Kıbrısda "işğal" ordusunun olmamasıdır. Qaranti dövlət və müdaxilə haqları modası keçmiş bir məntiqdir. Çağdaş Avropa ölkəsi AB-nin böyük qalxanına sahibdir. Kıbrıslı rumlar və kıbrıslı türklər üçün ən böyük təhlükəsizlik AB-nin həyata keçirdiyi təhlükəsizlik zəmanətidir. Kıbrıs probleminin çözümü kıbrıslılar tapacaq". İyunun 14-də BMT TŞ "Kıbrısdakı BMT Barış Gücü"nün səlahiyyət müddətinin daha 6 ay, 2008-ci il dekabr ayının 15-dək uzadılması barədə qərar çıxarıb. BMT-nin baş katibi Pan Gi Munun adadakı 16 noyabr 2007-ci il və 23 may 2008-ci il tarixləri arasındakı prosesləri əks etdirən hesabatı dinlənilib. İyunun 17-də isə BMT baş katibinin siyasi işlər üzrə müavini Lynn Pascoe Mehmet Əli Tələt və Dimitris Hristofyasla bir gündə iki dəfə görüşüb. Pascoe iki liderin Kıbrıs problemini çözüb, birləşmiş Kipr yaratmaqda qərarlı olduğunu açıqlayıb. Pascoe texniki komitədə irəliləmə əldə edildiyini, həmin anlaşmanın yaxın zamanda ictimaiyyətə açıqlanacağını bildirib. QKTC prezidentinin BMT və AB ilə müzakirələr üzrə özəl təmsilçisi Özdil Nami ilə rum prezidentinin təmsilçisi Yorgos Yakov arasında iki saat sürən danışıqlar nəticəsində isə Mehmet Əli Tələt və Hristofyasın iyulun ilk həftəsində görüşməsinə qərar verilib. İyunun 19-da BMT baş katibinin Kipr üzrə xüsusi nümayəndəsi və adadakı BMT sülhməramlıları missiyasının rəhbəri Taye Brook Zerihoun "Kıbrısda çözümün əl çata bilən uzaqlıqda olduğunu" söyləyib. Taye-Brook Zerihoun son bir bir neçə ayda sülh danışıqlarında qət edilən yolun Kıbrısda və dünyada ümid qaynağı olduğunu söyləyib. Həmin gün Brüsseldə Avrupa Politika Merkəzində "Kiprin birləşmesi mənzərəsi"ni anladan Dimitris Hristofyas "Kıbrıs Cumhuriyyəti adı altında federalizmin" ən yaxşı çözüm olduğunu iddia edib: "Ana Vətənlar bizi azad buraxsın. Bu kıbrıslıların çözümü olsun". Hristofyas "Avropa Birliyi Türk dilini resmi dil edəcəyini deyirsə, buna etrazımız yoxdur. Türkiyə AB-yə üzv olanda türk dili də rəsmi dil olacaq". Mövcud status kvonun hər iki tərfə zərər verdiyini vurğulayan Hristofyas Mehmet Əli Tələtlə "başqa ölkələrə heç bir hesabat vermədən ortaq dil tapmağa çalışdıqlarını" söyləyib. Hristofyas "Türkiyənin onlara gələcəklərini müəyyənləşdirmə fürsətini verməsini" isteyib. Rum lideri QKTC-nin izolyasiyaya məzruz qalmasının səbəbini Türkiyənin ve keçmiş prezident Rauf Denktaşın "izolasyonçu ve adayı bölücü siyasətlərini" göstərib. Rəsmi Ankaranı danışıqlara müdaxilə etməməyə çağırıb. "Türkiyə Silahlı Qüvvələrinin bölgədə supergüc olduğunu" vurğulayan Dimitris Hristofyas Türkiyənin yaxşı niyyət nümunəsi olaraq əsgərlərinin yarısını adadan çıxarmasını tələb edib. "Annan planının QKTC-də qəbul edilməsini hörmətlə qarşıladığını, amma digər tərəf rədd etdiyi üçün yox sayılmasının gərəkdiyini" deyən Hristofyas "Qəbul edirəm. Annan planı iki bölgəli, iki toplumlu çözüm getirirdi. Amma kıbrıslıların həqiqi maraqlarına xidmət etmirdi. O zamankı BMT baş katibi hər sahədə Türk taləblərini yerinə yetirdi. Balans gözləyən plan olmadı" söyləyib. ... Adanın yunan hissəsindəki Avropa Universiteti Araşdırma Mərkəzinin bu günlərdə apardığı sorğudan məlum olub ki, xalqın 86 faizi bir müsəlmanla evliliyin əleyhinədir, 61 faiz isə övladlarının başqa dinə mənsub biri ilə evlənməsindən üzüləcəyini bildirib. Sorğuya qatılanların əksəriyyəti bir müsəlman qonşusu, məsləkdaşı və ya doktoru olmasında problem görmür, ancaq yaşadığı küçədə məscid olmasını istəmir... xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar