SON XƏBƏRLƏR

Koronavirusla bağlı rəsmi rəqəmləri şübhə altına alan səhiyyə xidmətinin rəhbəri işdən çıxarılıb +VİDEO

2021.10.20, 07:36
Koronavirusla bağlı rəsmi rəqəmləri şübhə altına alan səhiyyə xidmətinin rəhbəri işdən çıxarılıb +VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Ərdəbil əyalətinin səhiyyə xidmətinin rəhbəri və Ərdəbil Tibb Universitetinin rəisi doktor Qüdrət Əxəvan Əkbəri və bu şəhərin “İmam” xəstəxanasının direktoru doktor İsmayıl Fərzanə işdən çıxarılıblar.

 

 

İranın Səhiyyə naziri Səid Nəməki aprel 11 tarixində öncə Əxəvan Əkbərini, daha sonra Fərzanəni tutduqları vəzifəndən azad edib.

 

 

səhiyyə naziri Şəhram Həbibzadəni Ərdəbil Tibb Universiteti və səhiyyə xidmətinin müvəqqəti rəhbəri olaraq təyin edib.

 

 

İki həftə öncə doktor Fərzanə Ərdəbil televiziyasına verdiyi müsahibədə açıqlanan rəqəmlərin koronavirusa yoluxanların həqiqi statistikasının sadəcə bir hissəsi olduğunu, İran Səhiyyə Nazirliyinin qərarına əsasən yalnız analizdən keçən və cavabı pozitiv olan xəstələrin sayının rəsmi statistikaya daxil edildiyini bildirərək, xəstəliyə yoluxanların hamısından analiz götürülmədiyini vurğulamışdı.

 

 

 

Qeyri-rəsmi mənbələrə görə, bu açıqlama səhiyyə nazirliyinin sərt reaksiyasını səbəb olub, lakin Ərdəbil əyalətinin səhiyyə xidmətinin rəhbəri Əxəvan Əkbəri Fərzanənin işdən çıxarılmasına qarşı çıxıb və onu dəstəkləyib.

 

 

İranın Tabnak internet portal Əxəvan Əkbərinin “koronavirus pandemiyası ilə əlaqədar şəffaf davranmağa israr etdiyi, həqiqətləri gizlətməyə qarşı çıxdığı, eyni halda özünün və bəzi müdirlərinin bir sıra açıqlamaları verdiyi üçün” işdən çıxarıldığını yazıb.

 

 

Ərdəbil Əyalətində bu günədək 809 nəfərin koronavirusa yoluxduğu, onlardan 125-nin həyatını itirdiyi təsdiqlənib. 

 

 

Ü.F  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar