SON XƏBƏRLƏR

Kral Salman: “Körfəz ətrafında olan bütün ölkələr İrana qarşı birləşməlidir”

2021.10.20, 07:36
Kral Salman: “Körfəz ətrafında olan bütün ölkələr İrana qarşı birləşməlidir”

Gunaz.tv

GünazTV: Dekabrın 10-da Körfəz Əməkdaşlıq Şurasının açılış iclasında çıxış edən Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud İranın regional təcavüzkar siyasətindən, eləcə də İranın nüvə və raket proqramının bölgə üçün təhdidindən danışıb.

 

Kral Salman deyib ki, körfəz ətrafında olan ölkələr İranın ədavətli siyasəti qarşıdında vahid mövqedən çıxış etməlidir: “Təəssüflər olsun ki, İran rejimi regionda öz ədavətli siyasətini və qonşularının sabitliyinə qarşı əməllərini davam etdirir. Məhz buna görə də hesab edirəm ki, körfəzdə ətrafında olan ölkələr və regionun digər dövlətləri İran təhdidi qarşısında birləşməli, vahid mövqe sərgiləməlidir.

 

Bu gün regionumuz müxtəlif problemlərlə üz-üzə qaldığı bir vaxtda, İran rejimi bölgənin təhlükəsizliyini və onun sabitliyini təhdid edir. Biz isə İranın bu təhdidlərinin qarşısını almaq üçün bütün səyimizi səfərbər etməliyik.

 

Hesab edirik ki, dünya birliyi İranın nüvə və raket proqramı qarşısında sakit qalmamalı, İrandan gələn bu təhdidə reaksiya verməlidir” -deyə, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud əlavə edib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar