SON XƏBƏRLƏR

Ukrayna Baş Qərargahı: "Rusiyanın daha bir “Su-25” qırıcısı, 3 PUA-sı məhv edilib"

2022.04.13, 09:57
Ukrayna Baş Qərargahı: "Rusiyanın daha bir “Su-25” qırıcısı, 3 PUA-sı məhv edilib"

Gunaz.tv

Məlumata görə, Rusiya aprelin 26-dək Ukrayna ilə ilhaq etdiyi Krım ərazisi arasındakı sərhəddə “terror təhlükəsi” rejimi tətbiq edib: “Bu tədbir daha çox Ukrayna ərazisində hərbi texnika, silah və şəxsi heyətin yerdəyişməsinin təşkil edilməsi üçün görülür”.

Bildirilib ki, Rusiyada könüllülərdən ibarət dəstələr yaradırlır: “Leninqrad vilayətində 400-ə yaxın könüllüdən ibarət tabor yaradıldığına dair məlumat əldə etmişik. Onlar istisnasız olaraq döyüş təcürübəsinə malikdirlər. Həmin könüllülər Ukraynada 58-ci ümumqoşun ordusunun 42-ci motoatıcı diviziyasının gücləndirilməsi üçün göndərilib”.

Məlumata əsasən, Rusiya qoşunları Donetsk və Tavriya istiqamətindən Mariupola aviasiya zərbələri endirir: “Yujnobuq istiqamətində düşmən müxtəlif yaşayış məntəqələrini ələ keçirməyə çalışsa da, buna nail ola bilməyib.

Ötən sutka ərzində Ukraynaın müdafiəçiləri Donetsk və Luqansk ərazisində Rusiyanın 6 hücumunu dəf edib, 2 avtomobilini və 3 artilleriya sistemini sıradan çıxarıb. 

Ötən gün Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri rəqibin “Su-25” qırıcısını vurub. Müharibə başlayandan Ukrayna artilleriyaçıları rəqibin 300-cü hava hədəfini məhv edib.

Son sutkada Rusiya 11 hərbi texnika, o cümlədən 3 pilotsuz uçan aparat (PUA), 2 özüyeriyən artilleriya qurğusu, “Qrad” və başqa texnika itirib”. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar