SON XƏBƏRLƏR

Ukrayna bir gündə 10 rus qırıcısı vurdu

2022.03.11, 07:54
Ukrayna bir gündə 10 rus qırıcısı vurdu

Gunaz.tv

Bu barədə Ukrayna ordusunun Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

Məlumata görə, vurulan hərbi təyyarələr Su-25 və Su-34 modelləri olub.  

Bu arada "Donetsk xalq respublikası” adlı qondarma qurumun silahlı qüvvələri Volnovaxa şəhərinə nəzarəti ələ keçirib.

Bu barədə Rusiya MN-nin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov deyib.

“Olginka, Velika-Anadol, Zeleni Qay yaşayış məntəqələri də nəzarətə götürülüb, altı kilometrə qədər irəliləmə olub. Mariupolun mühasirəsi davam edir, şərq, şimal və qərb istiqamətlərində ümumən 800 metr irəliləyiş qeydə alınıb”, - o bildirib. 

Rusiya ordusu isə Xarkov yaxınlığında Ukrayna Təhlükəsizlik Xidmətinin binasını raketlə vurub.

Rusiya Silahlı Qüvvələri Xarkov vilayətinin Çuqev şəhərində yerləşən Ukrayna Təhlükəsizlik departamentini hədəf alaraq raket hücumu həyata keçiriblər.

Bildirək ki, bu gün Ukrayna mediası daha bir neçə mühüm obyektin raketlə dağıdılması barədə məlumat yayıb.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar