Kreml Paşinyanı Gürcüstan və Ukraynanın aqibəti ilə hədələdi

07.09.2018, 15:52

GünAz TV: Sabah Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya gedir və gözlənilir ki, onun Rusiya prezidenti Vladimir Putinlə söhbəti çox gərgin olacaq. Bunun səbəbləri isə xeyli çoxdur-Paşinyanın hökumətinin tamamilə qərbmeyllilərdən, “Sorosun adamlarından”, hətta Putini söyənlərdən təşkil olunması, Ermənistanda 2008-ci ilin 1 mart hadisələrinin istintaqı çərçivəsində Moskvanın adamlarının, o cümlədən eks-prezident Robert Köçəryanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun təqib edilməsi, Rusiya hərbi bazasına qarşı təbliğat və s.

 

Virtualaz.org xəbər verir ki, “Nezavisimaya qazeta” bu günkü redaksiya məqaləsini Paşinyanın gözlənilən səfərinə həsr edib. Qəzet yazır ki, bu səfər Ermənistanla Rusiya arasında münasibətlərdə həlledici ola bilər, ən azından yaxın dövr üçün.

 

Bu günlərdə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Nikol Paşinyanla Vladimir Putinin arasında “ciddi söhbət olacağını” deyib. “Həm bizim tərəfdən, həm erməni tərəfdən bir çox suallar yığılıb qalıb”-Uşakov belə deyib və İrəvanın səmimiliyinə ümid etdiklərini vurğulayıb.

 

“Bu sözlərin sətirarasında belə eyhamı tutmaq olar ki, əgər erməni tərəfi bir şey deyib başqa şey eləmək niyyətindədirsə o zaman...ən yaxşısı lazım deyil. Yaxın keçmişdən xatırlamaq olar ki, Kremli aldatmaq arzusu və cəhdləri bir çox keçmiş sovet respublikaları üçün uğursuz məşğuliyyət olub. Ola bilsin Ermənistan baş naziri özgəsinin təcrübəsindən dərs çıxarıb”-qəzet Paşinyana Kremlə “atmaq” niyyətinə düşsə onu hansı aqibət gözləyəcəyi barədə açıq mesaj verərək yazır.

 

Məqaləyə əsasən Moskvanı Paşinyanla görüşdə aşağıdakı məsələlər maraqlandıra bilər: İrəvanın kursunun dəyişməz qalması; Gümrüdə Rusiya hərbi bazasının dislokasiyasına dair müqavilənin şərtlərini İrəvanın təftiş etmək niyyətləri; erməni hərbçilərinin Suriyaya göndərilməsi, hansı ki, bu barədə əvvəlki hakimiyyətin vaxtında razılıq əldə edilmişdi; “VİP-personalar” üzərində məhkəmə prosesləri, o cümlədən KTMT baş katibinin istintaqa cəlb edilməsi, Avrasiya İttifaqı “hökumətinin” başçısı Tiqran Sərkisyana cinayət işi qaldırılacağı haqda xəbərlər.

 

Erməni politoloq David Petrosyan qəzetə açıqlamasında deyir ki, ola bilsin danışıqlarda konkret Paşinyanın özünün xətti deyil, onun komandasının peşəkarlığı çatmayan, üstəlik qərbə meyllənən hissəsinin xətti müzakirə olunacaq. Onun fikrincə şübhə yoxdur ki, Paşinyan özü xarici siyasət kursunu saxlamaq istəyir, ancaq ətrafının bir hissəsi onu disbalansa çəkir. Bu baxımdan ekspert Paşinyanın xarici siyasət məsələləri üzrə köməkçisi Arsen Xaratyanın Almaniya kansleri Angela Merkellə görüşdən dərhal sonra istefa verməsini qeyd edir. Hesab edir ki, həmin görüşdə iştirak edən Petrosyan Rusiya haqda nəsə ehtiyatsız ifadə işlədib və dərhal bunun əvəzini ödəyib.

 

N.S

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23