SON XƏBƏRLƏR

Krımda törədilmiş partlayış nəticəsində ölən 20 nəfərin kimliyi müəyyənləşdirilib - VİDEO

2021.10.20, 07:36
Krımda törədilmiş partlayış nəticəsində ölən 20 nəfərin kimliyi müəyyənləşdirilib - VİDEO

Gunaz.tv

GünAz TV: Oktyabrın 17-də Ukraynanın işğal olunmuş Krım bölgəsindəki Kerç şəhərində Politexnik Texnikumu binasında baş verən partlayış və atışma nəticəsində ölən 20 nəfərin kimliyi məlum olub.

 

"Reposr"un yaydığı məlumata görə, bu barədə şəhər administrasiyası rəhbərinin müavini Dilavər Melqazıyev bildirib.

 

"Ölənlərin hamısının şəxsiyyəti müəyyənləşdirilib", - deyə o qeyd edib.

 

Rusiya İstintaq Komitəsinin kütləvi qətliamla bağlı verdiyi açıqlamaya görə, əvvəlcə Kerç kollecinin binasında partlayıcı qurğu işə düşüb, ardınca isə kollecin 4-cü kurs tələbəsi Vladislav Roslyakov silahla otaqdakı tələbələrə atəş açıb.

 

Roslaykov hadisədən sonra binanın ikinci mərtəbəsində intihar edib.

 

Qeyd edək ki, oktyabrın 17-də Ukraynanın işğal olunmuş Krım bölgəsindəki Kerç şəhərində Politexnik Texnikumu binasında baş verən partlayış və atışma nəticəsində 20 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Krımın hakimiyyət orqanları faciə ilə əlaqədar 3 günlük matəm elan ediblər.

 

https://www.youtube.com/watch?time_continue=1&v=DWewFKJiF8k

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar