SON XƏBƏRLƏR

Küveytin əmiri: “İran bölgədə yürütdüyü siyasətini davam etdirsə, regionda heç vaxt sülh və sabitlik bərqərar olmayacaq”

2021.10.20, 07:36
Küveytin əmiri: “İran bölgədə yürütdüyü siyasətini davam etdirsə, regionda heç vaxt sülh və sabitlik bərqərar olmayacaq”

Gunaz.tv

 GünAzTV: Küveyt əmiri şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əs-Sabah dekabrın 5-də ölkədə keçirilən Körfəz Əməkdaşlıq Şurasının açılış iclasında çıxış edərək bölgədə baş verən olaylar və İranın region ölkələrinin daxili işlərinə qarışmasından danışıb.

 

Əs-Sabahın ərəb ölkələrinin toplantısında çıxışı, Yəmənin keçmiş prezidenti Əli Abdulla Salehin İran tərəfdarı olan radikal yaraqlı şiə-husilər tərəfindən öldürülməsindən bir gün sonraya təsadüf edib.

 

Küveyt əmiri öz çıxışında bildirib ki, İran regiondakı ərəb ölkələrinin daxili işlərinə qarışmaqdan əl çəkməlidir: “Təəssüflər olsun ki, İran dinc yanaşı yaşamaq, milli hakimiyyət və digər ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə riayət etmir, bu prinsipi pozur. Əgər İran hazırda bölgədə yürütdüyü siyasətini davam etdirsə, şübhəsiz ki, regionda heç vaxt sülh və sabitlik bərqərar olmayacaq. Bu isə qəbuledilməzdir”.

 

 

Xatırladaq ki, Yəmənin keçmiş prezidenti Əli Abdulla Saleh dekabrın 4-də bir qrup tərəfdar və mühafizləri ilə birlikdə paytaxt Sənadan çıxarkən İranın dəstəklədiyi yaraqlı şiə-husi dəstələrinin  hücumuna məruz qalaraq öldürülüb. 2014-cü ildə husilərlə ittifaqa girən və onlarla əməkdaşlıq edən Əli Abdullah Saleh, bir həftə əvvəl həmin ittifaqdan çıxaraq Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasına qoşulması, radikal husilərin qəzəbinə səbəb olmuşdu. Salehin öldürülməsi isə əsasən bununla izah edilir.

 

                                                Yəmənin keçmiş prezidenti Əli Abdulla Saleh

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar