SON XƏBƏRLƏR

İlham Əliyev Zabux və Sus kəndləri ilə bağlı sərəncam imzaladı

2022.09.20, 11:22
İlham Əliyev Zabux və Sus kəndləri ilə bağlı sərəncam imzaladı

Gunaz.tv

Sərəncama əsasən, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad edilmiş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 800 min manat ayrılıb.

Xatırladaq ki, Azərbaycan Ordusu Ermənistanın işğal etdiyi Laçın şəhərinə 2022-ci il avqustun 26-da daxil olub, Zabux və Sus kəndləri nəzarətə götürülüb.

Ayxan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar