SON XƏBƏRLƏR

Əli Xameneyi: "Əgər inqilab olmasaydı, gənclərin başı şəhvətə qarışacaqdı"

2022.11.03, 06:45
Əli Xameneyi: "Əgər inqilab olmasaydı, gənclərin başı şəhvətə qarışacaqdı"

Gunaz.tv

Lakin rəhbər ölkədə baş verən kütləvi etiraz aksiyalları barədə ciddi fikir söyləməyib.

"Əgər inqilab baş verməsəydi indi bizim yeniyetmə və gənclərimiz hazırkı vəziyyətdə olmazdılar. Onların başı şəhvətə qarışar və ölkənin siyasi məsələləri barədə düşünə bilməzdilər",- deyə, Xameneyi bildirib.

O, oktyabrın 26-da İranın Fars əyalətinin mərkəzi Şirazdakı ziyarətgahda baş verən hadisədə 15 nəfərin ölməsini ağır və kədərli faciə adlandırıb.

Lakin son bir ay yarım ərzində nümayişlərdə hökumət məmurları tərəfindən öldürülən yüzlərlə dinc etirazçı barədə heç nə deməyib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar