SON XƏBƏRLƏR

Həmədanda idman mərkəzlərinin tikintisi yarımçıq qalıb

2021.10.20, 07:36
Həmədanda idman mərkəzlərinin tikintisi yarımçıq qalıb

Gunaz.tv

O, Nəhavənd mahalında ən azı 10 idman mərkəzi və sağlamlıq kompleksi layihəsinin yarımçıq qaldığını bildirib.

Onun sözlərinə görə, bu bölgədə idmançıların və gənclərin təlim-məşqləri üçün yerlərin çatışmazlığına səbəb olub.

Süleyman Cavanmərdi Nəhavəndin qadın idmançılar üçün nəzərdə tutulan kompleksin və “Dehful” idman mərkəzinin 10 ildir budcə ayrılmadığı üçün yarımçıq qaldığını bildirib.

İdman və Gənclər İdarəsinin məsulu bölgədə futbol meydançalarının salınması və yarımçıq layihələrin icrasının davam etdirilməsi üçün cari ildə 9.9 milyard tümən vəsait ayrıldığını deyib.

Onun sözlərinə görə, nəzərdə tutulan layihələrin bu vəsaitlə tamamlanması mümkün olmadığı üçün Nəhavəndin İran parlamentindəki nümayəndəsi daha 13 milyard tümən vəsaitin ayrılması barədə məsələ qaldırıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar