SON XƏBƏRLƏR

Həmədanda “Aşıqlar bayramı" keçiriləcək: Festivala qatılmaq üçün 6 əsər seçilib

2022.01.25, 13:14
Həmədanda “Aşıqlar bayramı" keçiriləcək: Festivala qatılmaq üçün 6 əsər seçilib

Gunaz.tv

Əhmədrza Ehsani əyalətin Kəbudərahəng şəhərində keçiriləcək “Aşıqlar bayramı” musiqi festivalına qatılmaq üçün 16 əsərin seçildiyini deyib.

Başçı deyib ki, festivalda iştirak üçün bildiriş 30 noyabr 2021-ci ildə verilib.

Ehsani “Aşıqlar bayramı”nın 3-4 fevral tarixlərində keçiriləcəyini söyləyib.

"Festival muğam və Aşıq musiqisinin qorunub saxlanılması, əyalətin bu sahədəki mövcud potensialının ortaya çıxarılması və Həmədan sənətçilərinin tanıdılması məqsədilə Kəbudərahəng şəhərində keçiriləcək”-deyə, o, bildirib.

O, festivalda musiqi ifasi ilə yanaşı bu sahədə olan kitabların və tədqiqat əsərlərinin, məqalələrində yer alacağını və dəyərləndiriləcəyini qeyd edib. 

Qeyd edək ki, bundan öncə 2019-cu ilin fevral ayında Həmədan şəhərinin “Buəli” mədəniyyət kompleksində “Aşıqlar və Musiqilər” adlı festivalın keçirilməsi planlaşdırılmışdı. 

Festival bir sıra hökumət qurumları və panfarsist cərəyanların basqısı nəticəsində baş tutmayıb.

Tədbirə qatılmaq üçün mədəniyyət kompleksinə axın edən həmədanlılar içəri buraxılmayıb.  

C.E
 

آغاز اجرای آنلاین نمایش‌ در همدان از امروز | خبرگزاری فارس

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar