SON XƏBƏRLƏR

"Şərqi Azərbaycanda əhali sürətlə qocalır"-Cümə imamından xəbərdarlıq

2022.04.08, 09:57
"Şərqi Azərbaycanda əhali sürətlə qocalır"-Cümə imamından xəbərdarlıq

Gunaz.tv

O, gənclərin ailə qurması üçün imtiyazların nəzərə alınmalı olduğunu deyib.

Bir neçə ildir Şərqi Azərbaycanda cəmiyyətin artımının olduqca azaldığını, evlənmə və uşaq dünyaya gətirmə sayının azaldığını deyən Ali Haşim bunun şiddətlənəcəyi barədə xəbərdarlıq edib.

O, bir çox gəncin ailə qurmaması ilə bağlı iqtisadi problemləri səbəb göstərməsi bəhanə adlandırıb və  müxtəlif dövlət qurumlarını, din xadimlərini evliliyi təbliğ etmək üçün daha çox fəaliyyət göstərməyə çağırıb.

Qeyd edək ki, bir müddətdir Əli Xamneyinin göstərişi ilə çoxuşaqlılığın təbliği ilə bağlı xüsusi kampaniya başladılıb və bütün cümə imamları, məsul şəxslər bu yöndə fəaliyyətə cəlb olunublar.

Bununla yanaşı azyaşlıların evləndirilməsi ilə bağlı müxtəlif kampaniyalar başladılıb və erkən yaşda evlənənlərə xüsusi imtiyazlar, kreditlər verməklə yeniyetmələri evlənməyə həvəsləndirirlər.

İran İnsan Haqları Təşkilatının yaydığı son hesabata görə, 2021-ci ilin martından 2022-ci ilin martına kimi İranda 20 min azyaşlı qız uşağı məcburi şəkildə evləndirilib.

Hesabatda statistikanın rəsmi rəqəmlərə istinad edilərək verildiyini, məcburi nikaha cəlb olunan azyaşlıların sayının rəsmi statistikadan daha çox olduğu bildirilir.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar