SON XƏBƏRLƏR

MAQATE Azərbaycana kömək etməyə hazırdır

2021.10.20, 07:36
MAQATE Azərbaycana kömək etməyə hazırdır

Gunaz.tv
MAQATE Azərbaycana kömək etməyə hazırdır Yan Şuler: "Azərbaycanda nüvə-elektrik stansiyasının tikintisi çox cəlbedicidir" BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) hesab edir ki, nüvə enerjisi gələcəkdə Azərbaycan üçün əlavə və alternativ enerji resursu ola bilər. MAQATE-nin texniki əməkdaşlıq üzrə şöbə müdiri Yan Şulerin sözlərinə görə, Azərbaycanda nüvə-elektrik stansiyasının tikintisi çox cəlbedicidir: "Çünki hazırda nüvə enerjisi intibah dövrünü yaşayır. Bir çox ölkələr nüvə elektrik stansiyalarının imkanlarını genişləndirmək və ya yenilərini tikmək barədə düşünürlər. Şuler bildirib ki, MAQATE Azərbaycanda nüvə enerjisi sahəsi üzrə mütəxəssislərin formalaqşmasına kömək etməyə hazırdır: "Əgər Azərbaycan bu yolla getməyə qərar versə, MAQATE ölkə üçün mütəxəssislərin hazırlanması, texnologiyanın qiymətləndirilməsi və bu qurğulardan istifadə ilə bağlı məsləhətlərini verməyə hazırdır. Əsas qərarı isə hökumət qəbul etməlidir". Qeyd edək ki, Radiasiya Problemləri İnstitutu Azərbaycanda atom-elektrik stansiyasının (AES) tikilməsi ilə bağlı da təkliflər zərfi hazırlayaraq hökumətə təqdim edib. İnstitut Azərbaycanda alternativ enerji mənbəyinin yaradılmasını zəruri hesab edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar