SON XƏBƏRLƏR

Marağada dəhşətli qətl və intihar hadisəsi baş verib

2021.10.20, 07:36
Marağada dəhşətli qətl və intihar hadisəsi baş verib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Marağa şəhərində dəhşətli qətl və intihar hadisəsi törədilib.

 

Bu barədə Şərqi Azərbaycan Polis İdarəsinin ictimai məsələlər üzrə rəis müavini Haşim Şəfi bu gün mətbuata məlumat verib.

 

“Hadisə çərşənbə günü axşam saatlarında Marağanın Kaşani xiyabanında baş verib. Polis mağazada atəş səslərinin eşidilməsi barədə məlumat aldıqdan dərhal sonra hadisə yerinə gedib. İlkin araşdırmalar hadisənin ailə münaqişəsi zəminində baş verdiyi göstərir. Belə ki, ailənin yeznəsi əlinə tapança alaraq qaynatasının mağazasına daxil olub, o qaynatasını mağazada çalışan 30 yaşlı işçi ilə birlikdə atəş açaraq qətlə yetirib.

 

45 yaşlı qatil qətl törətdikdən sonra intihar edib.

 

Qeyd edək ki, son vaxtlar Güney Azərbaycanda ailə münaqişəsi zəminində qətl və intihar faktlarının sayı artıb. Ekspertlər bununun əsas səbəbini yoxsulluq, işsizlik və narkomaniyanın geniş yayılması ilə əlaqələndirir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar