SON XƏBƏRLƏR

Marağada “Traxtur” klubunun “İstedadların Axtarışı Mərkəzi” yaradılıb

2021.10.20, 07:36
Marağada “Traxtur” klubunun “İstedadların Axtarışı Mərkəzi” yaradılıb

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” Futbol Klubu Marağa şəhərində  “İstedadların Axtarışı Mərkəzi” yaradır.

 

Bu barədə Marağa “Əbdi” Klubunun rəisi Qulamrza Əbdi  məlumat verib.

 

““Traxtur” Klubu Marağada idman istedadı olan gəncləri kəşf edib onların istedadını qiymətləndirmək niyyətindədir. Bu barədə “Traxtur” Klubu ilə Marağanın “Əbdi” Klubu arasında müqavilə imzalanıb. “Əbdi” klubu “Traxtur” tərəfindən Şərqi Azərbaycan Əyalətinin cənub bölgəsində “İstedadların Axtarışı Mərkəzi” kimi fəaliyyət göstərəcək”- deyə o bildirib.

 

Onun sözlərinə görə, “Əbdi” klubu futbol, futsal və s. idman növləri üzrə istedadlı gəncləri kəşf edərək onları idmana cəlb edəcək.

 

Q.Əbdi əlavə edib ki, ““Əbdi” Klubu bir neçə idman növü üzrə yeniyetmələrdən ibarət komandalar yaradıb “Traxtur” adı ilə əyalət və ölkə üzrə keçirilən yarışlarda iştirak edəcək.”

 

“İki klub arasında müqavilə imzalandıqdan sonra Marağada “İstedadların Axtarışı Mərkəzi” fəaliyyətə başlayıb. Bu mərkəzin bölgədə idmanın inkişafına yeni təkan verəcəyinə inanırıq. Hazırda Marağada 42 idman heyəti çərçivəsində təxminən 5000 idmançı var”- deyə “Əbdi” Klubunun rəisi bildirib.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar