SON XƏBƏRLƏR

Mark Dubovitz: “Amerika sel fəlakətindən zərər çəkən iranlılara yardım etməlidir”

2021.10.20, 07:36
Mark Dubovitz: “Amerika sel fəlakətindən zərər çəkən iranlılara yardım etməlidir”

Gunaz.tv

GünAz TV: Vaşinqtonda yerləşən “Demokratiyaların Müdafiəsi Müəssisəsi”nin icraçı direktoru Mark Dubovitz Amerika Birləşmiş Ştatlarının seldən zərər çəkən iranlılara yardım etməsini dəstəklədiyini bildirib.

 

“Biz seldən zərər görən iranlılara kömək göndərməliyik. Bu, doğru işdir. Bu, ağıllı işdir. Və bu, rejimdən yayınmaqla həyata keçirilə bilən işdir”- deyə onun “Twitter”də yazdığı statusda qeyd edilib.

 

Dubovitz əlavə edib ki, əgər yardımlar göndərilsə, onların rejimin əlinə keçməməsi üçün tədbirlər görülməlidir.

 

Qeyd etmək lazımdır ki, Novruz bayramından başlayan sel və daşqınlar İranda böyük tələfatlara səbəb olub. Son məlumatlara görə, təbii fəalakət nəticəsində bu günə qədər azı 42 nəfər ölüb.

 

Amerikalı rəsmilər dəfələrlə İranın rüşvətxor rəsmilərinin öz ciblərini doldurmaq üçün təbii sərvətlərindən səmərəsiz istifadə, lazımsız və proqramsız səd qurmaları ilə bağlı xəbərdarlıqlar edib və bütün bu addımların dağıdıcı sel və quraqlıq kimi təbii fəlakətlərə yol açan əsas səbəb olduğunu bildiriblər.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar