SON XƏBƏRLƏR

Marneulidə Gürcüstan ombudsmanının azərbaycanlıların problemləri ilə məşğul olacaq regional ofisi açılacaq

2021.10.20, 07:36
Marneulidə Gürcüstan ombudsmanının azərbaycanlıların problemləri ilə məşğul olacaq regional ofisi açılacaq

Gunaz.tv
Marneulidə Gürcüstan ombudsmanının azərbaycanlıların problemləri ilə məşğul olacaq regional ofisi açılacaq Yaxın zamanlarda Marneulidə Gürcüstan ombudsmanının regional ofisi açılacaq. Ofis əsasən etnik azlıqların problemlərinin həlli ilə məşğul olacaq. Bu barədə APA-ya Gürcüstan ombudsmanı Sozar Subari məlumat verib. Onun sözlərinə görə, hazırda ofisdə çalışacaq Azərbaycan və gürcü dillərini səlis bilən əməkdaşlar seçilir. Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinə toxunan Sozar Subari bildirib ki, əsas problem soydaşlarımızın gürcü dilini bilməməsidir: “Bu isə onların ölkənin sosial və siyasi həyatında iştirakına mane olur. Amma yeni nəsil arasında dil problemi yaşlılar arasında olduğu kimi kəskin deyil”. Bir müddət əvvəl başa çatmış parlament seçkilərinə toxunan Sozar Subari seçkilər ərəfəsində azərbaycanlıların kompakt yaşadığı bölgələrdə ana dilində bülletenlərin dərc olunaraq əhaliyə paylandığını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar